“Nələr baş verir, Amerika niyə dağılır?” – ABŞ-da yaşayan azərbaycanlı məşhurlar yazdı

Baxış sayı: 
93
1  
0  

 
Amerikada yaşayan azərbaycanlı məşhurlar Minneapolis şəhərində afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra bəzi bölgələrdə başlayan etiraz aksiyalarından yazıb.
Musavat.com xəbər verir ki, aparıcılar Günel Hümbətova, Aynur Talıbova, müğənni Səbinə Əsgərova şahidi olduqları iğtişaşlardan bəhs edib.
 
“The American Academy of Dramatic Arts”da təhsil alan ilk azərbaycanlı, müğənni Səbinə Əsgərova “Komendant saatındayıq. Saat 6-dan 18:00-a kimi kim küçəyə çıxırsa, həbs olunur. Həmin vaxtda kiminsə başına hər hansı bir hadisə gələrsə, bundan heç kəs cavabdehlik daşımır. 2020-ci ilin bitməsinə 6 ay qalıb, hələ də yeni ilin başlamasını gözləyirəm”-, deyə bildirib.
“Nələr baş verir, Amerika niyə dağılır?” – ABŞ-da yaşayan azərbaycanlı məşhurlar yazdı
 
Nyu-York şəhərində yaşayan eks-aparıcı Günel Hümbətova komendant saatı olduğu üçün evdən çıxa bilmədiklərini bildirib: “Məlum hadisələrə görə 8 saatdan sonra evdən bayıra çıxmaq olmaz. Məhəlləmizdə bəzi görüntülərin şahidi olmuşam. Deyirəm ki, Bakıdakı bəzi boş- bekarların iş-gücü qurtardı, özlərini düzəltdilər, indi də Amerikaya keçdilər. Kim haqlıdır, kim haqsızdır, kimlər vandalizm edirsə, onu aşkar etməyə çalışırlar. Ətiniz tökülsün”.
 
 
 
Aparıcı Aynur Talıbova nümayişçilərə olunan hücumdan bəhs edib. O, hücum olunanlar arasında azərbaycanlı da olduğunu vurğulayıb:  “Dünən Prezident Tramp Ağ Evin qarşısındakı hadisələr zamanı zərər çəkmiş kilsəyə baş çəkərkən polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etdi. Hadisə yerində həmkarım, kameraman Aytən Məmmədova da vardı… Nələr baş verir, Amerika niyə dağılır?”

Загрузка...
Загрузка...