​Nikol “miatsum”a qayıtdı, sübut etdi ki... – Türkiyədə müzakirə

Baxış sayı: 
51
1  
0  

Azərbaycanın Türkiyədəki səfirliyində diplomatik korpus nümayəndələri üçün “Məcburi köçkün problemi və Azərbaycan təcrübəsi” adlı tədbir keçirilib.
 
Axar.az xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevin rəhbərliyi ilə nümayəndə heyəti, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev və icmanın digər üzvləri tədbirə qatılıb.
 
İlk olaraq Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim çıxış edib və Azərbaycanın məcburi köçkün məsələsi ilə bağlı indiyə kimi bir sıra işlər görüldüyünü deyib. Onun sözlərinə görə, bu məsələ yeni olmasa da, daim Azərbaycanın gündəmində saxlanılır.
 
Daha sonra çıxış edən BMTM sədri Fərid Şəfiyev Dağlıq Qarabağ məsələsinin Azərbaycan üçün bir nömrəli məsələsi olduğunu bildirib. O qeyd edib ki, bu gün Azərbaycan əraziləri erməni işğalı altındadır:
 
“80-cı illərin sonlarında erməni millətçiləri Dağlıq Qarabağla bağlı özlərinin dediyi kimi, “miatsum” (birləşmə) ifadəsini ortaya atdılar. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra erməni milliyyətçiləri taktikanı dəyişdilər və “öz müqəddəratını təyinetmə” ifadəsini yaymağa başladılar. Onlar yaxşı anlayırdılar ki, “birləşmə” ifadəsi beynəlxalq ictimaiyyət tərəfindən qəbul olmur. Lakin bu yaxınlarda Ermənistan Baş naziri Nikol Paşinyan Xankəndidə çıxışı zamanı bir daha Dağlıq Qarabağın Ermənistan ərazisi olmasına dair iddia səsləndirdi. Bu, o deməkdir ki, onlar yenidən “birləşmə” şüarına qayıdır. Lakin bu kimi ərazi iddiaları danışıqlar prosesinə cəlb olunmuş ölkələr tərəfindən mənfi qarşılandı. Hazırda bu vasitəçilik işi ilə ATƏT-in Minsk Qrupu həmsədrləri olan Rusiya, ABŞ və Fransa məşğul olur”.
 
O, Ermənistanın iddialarını dəstəkləyən istənilən bəyanatın münaqişənin həllini təhdid altına aldığını vurğulayıb:
 
“Dağlıq Qarabağın əhalisi tək ermənilərdən deyil, həm də azərbaycanlılardan ibarətdir. Dünya ictimaiyyəti tərəfindən Dağlıq Qarabağ və ətraf 7 rayonun hərbi işğalının qəbul edilməməsi davam etməlidir”.
 
Daha sonra çıxış edən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev illərlə sürən danışıqlar prosesinin təəssüf ki, nəticə vermədiyini bildirib. Onun sözlərinı görə, buna baxmayaraq, icma münaqişənin ədalətli həlli ilə bağlı ümidini itirmir.
 
O, Dağlıq Qarqabağın Azərbaycanın mədəniyyət mərkəzi olduğunu və məşhur alim, musiqiçi, filosofların bu ərazidən çıxdığını əlavə edib:
 
“Ermənilər hazırda işğal altında olan Azərbaycana məxsus mədəniyyət nümunələrini, irsi məhv etməyə çalışırlar. Biz hər gün peykdən çəkilmiş şəkillər vasitəsi evlərimizin necə dağıldığını görürük. Son olaraq, mənim doğulduğum Şuşa şəhərində Gövhər Ağa məscidini fars mədəniyyət nümunəsi kimi bərpa edirlər. Bu məscidin İranla heç bir əlaqəsi yoxdur. Lakin biz Bakının mərkəzində yerləşən erməni kilsəsini mədəniyyət nümunəsi kimi qoruyuruq. Biz ermənilərlə əsrlər boyu sülh şəraitində yaşamışıq. Lakin sonradan erməni millətçiləri ərazi iddiaları irəli sürüblər və onlar tək Dağlıq Qarabağı deyil, ermənilərin yaşamadığı ətraf rayonları da işğal ediblər”.
 
Daha sonra tədbir sual-cavab sessiyası ilə davam edib.

Загрузка...
Загрузка...