Neymar meydana çıxmadı - MARAQLI SƏBƏB

PSJ-nin braziliyalı ulduz futbolçusu Neymar Fransa çempionatının 12-ci turunda “Anje” ilə oyunda meydana çıxmaq istəməyib.
Publika.az xəbər verir ki, bu iddia sport.es saytına məxsusdur. Mənbə bildirir ki, onun zədə səbəbindən oyunu buraxdığı əsas gətirilmişdi. Ancaq bir neçə gündən sonra Braziliya millisinin düşərgəsinə yollanan hücumçu ümumi komanda ilə məşqə qatılıb.
Qeyd olunur ki, 25 yaşlı forvard Liqa 1-in səviyyəsindən və stadionların ot örtüyünün keyfiyyətindən narazıdır. Mənbə braziliyalı futbolçunun bütün diqqətini PSJ-nin Çempionlar Liqasındakı çıxışına yönəltdiyini yazıb.
Qeyd edək ki, PSJ Neymarın yoxluğunda “Anje”ni səfərdə 5:0 hesabı ilə məğlub edib.
Pərviz

Загрузка...
Загрузка...