“Neftçi” itki ilə üzləşdiyi oyunda qalib gəldi

Baxış sayı: 
69
3  
0  
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.
 
Turaninfo.org xəbər verir ki, "Bakcell Arena"da təşkil olunan qarşılaşmada "Neftçi" "Sabah"ı qəbul edib. Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Flaqmanın qollarını 6-cı dəqiqədə Saman Nərimancahan, 49-cu dəqiqədə Anton Krivotsyuk, 62-ci dəqiqədə Baqali Dabo, 90+1-ci dəqiqədə isə Mirabdulla Abbasov vurub.
 
İkinci yerdə qərarlaşan "Neftçi" xallarının sayını 37-ə çatdırıb. "Sabah" isə 21 xalla 5-ci sıradadır
 
Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasının XX turunda "Sabah"la görüşdə itki ilə üzləşib. "Neftçi"nin qapıçısı Aqil Məmmədov görüşə davam edə bilməyib və meydanı xərəkdə tərk edib. Onun yerinə 59-cu dəqiqədə meydana Səlahət Ağayev daxil olub.
 
Загрузка...
Загрузка...