Neftçalada yol qəzası - Ölən və xəsarət alanlar var - (YENİLƏNDİ)

Baxış sayı: 
22
1  
0  

Neftçala rayonunda baş verən yol qəzasında xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib.
 
“Report”un xəbər verir ki, həkimlərin müdaxiləsinə baxmyaraq 1972-ci il təvəllüdlü Əmirov Şahlar Miraslan oğlunun həyatını xilas etmək mümkün olmayıb.
 
-----------
 
10.07.2019
22:47
 
Neftçala rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
“Report” xəbər verir ki, hadisə rayonun Şirvan kəndi ərazisində qeydə alınıb.
 
İlkin məlumata görə, “Mersedes” markalı avtomobilin aşması nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda xəsarət alanların kimliyi müəyyənləşdirilir.
 
Faktla bağlı araşdırma aparılır.

Загрузка...
Загрузка...