“Nazirlər Kabinetinin 113 saylı qərarı yarımçıq və birtərəflidir” - QUBAD İBADOĞLU

Baxış sayı: 
98
2  
0  

“Nazirlər Kabineti (NK) Azərbaycan ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə qərar verib. Qərarda göstərilir ki, Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması ilə xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilsin. Yəni tətil günü artırılsın. Bununla yanaşı, NK hesab edir ki, tətilin uzadılması haqqında qərarı dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərə, həmçinin banklara, supermarketlərə, ərzaq mağazalarına, əczaçılıq müəssisələrinə, apteklərə, yeyinti məhsulları istehsalı müəssisələrinə və bu Qərarın əlavəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərinə və zəruri halda onların işə cəlb etdikləri işçilərə şamil edilmir”. Hurriyyet.org xəbər verir ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu Nazirlər Kabinetinin 113 saylı qərarını diqqətə çatdıraraq fikirlərini bölüşüb.

“Bu qərara yenidən baxılmalıdır”

Q. İbadoğlu hesab edir ki, dövlət əhəmiyyətli obyektlərin siyahısında poçtlar da olmalıdır: “İkincisi də bu qərarda ən azı özəl bölməyə tövsiyyə olunmalıdır ki, banklarda, supermarketlərdə, ərzaq mağazalarında, əczaçılıq müəssisələrində, apteklərdə, yeyinti məhsulları istehsalı müəssisələrində çalışanların qeyri-iş günlərində fəaliyyətini nəzərə alaraq onların əmək haqlarına müddətli əlavələr edilsin. Bu, həm də ona görə zəruridir k, həmin sahələrdə çalışanlar, xüsusilə də apteklərdə işləyənlər risk qrupuna daxil olanlarla təmasda olmaqla sağlamlıqlarını təhlükəyə qoyurlar. Odur ki, hesab edirəm ki, Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli, 113 saylı qərarı yarımçıq və birtərəflidir, bu qərara yenidən baxılmalıdır”.

Загрузка...
Загрузка...