​Nazir polkovniki generalın yerinə təyin etdi

Baxış sayı: 
33
2  
0  

 
Daxili işlər orqanlarında yeni təyinatlar olub.
 
Axar.az xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis baş-leytenantı Vüqar Məmmədov Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.
 
APA-nın məlumatına görə, bir müddət əvvəl Qazax DYPB-nin rəisi vəzifəsində çalışmış Eldəniz Həsənov tutduğu vəzifədən azad edilərək Göygöl DYPB-nin rəisi vəzifəsinə təyinat alıb.
 
Polis kapitanı Rüfət Məmmədov Ağcəbədi Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib. Report-un yaydığı xəbərdə bildirilir ki, R.Məmmədov bundan əvvəl Ağcabədi RPŞ-nin İstintaq bölməsinin rəisi işləyib. Onun yerinə hələ ki təyinat yoxdur.
 
Qaynarinfo.az isə Lənkəran Şəhər-Rayon Polis İdarəsinin rəisi, polkovnik İslam Hümbətovun vəzifəsindən azad edilərək, DİN-nin Narkotiklərlə Mübarizə Baş İdarəsinə rəisi təyin edildiyini yazıb.
 
Qeyd edək ki, DİN-in Narkotiklərlə Mübarizə Baş İdarəsinin keçmiş rəisi, polis general-mayoru Aslanov Həzi Arif oğlu tutduğu vəzifədən azad edilərək DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə rəis təyin olunub.

Загрузка...
Загрузка...