Nazir Ağayevin yerinə onu rəis təyin etdi

Baxış sayı: 
46
2  
0  

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Tərxan Əhmədov Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinə yeni rəis təyin olunub.
 
Bu barədə Axar.az-a DİN-dən məlumat verilib.
 
Bildirilib ki, T.Əhmədov bundan əvvəl Səbail rayonu 39-cu Polis Bölməsinin rəisi işləyib.
 
Qeyd edək ki, bundan əvvəl BŞBPİ-nin İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi polkovnik Əlaslan Ağayev olub. O, ötən gün vəzifəsindən azad olunaraq. İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təyin edilib.

Загрузка...
Загрузка...