Nazim Hikmətin arvadı azərbaycanlı şairi niyə danladı?- XATİRƏ

Baxış sayı: 
145

 
 
 
 
Moderator.az kinoşünas Vasif Ayana istinadən böyük türk şairi Nazim Hikmətlə bağlı maraqlı bir xatirəni təqdim edir. Həmin xatirə Nazim Hikmətin Azərbaycana etdiyi səfərlərin birində baş verir:
 
“Şair Ələddin İncəli Nazim Hikmətlə görüşünü belə xatırlayır:O, 1957-ci ildə Qazaxa gəldi. Deyişmiş ki, məni Səməd Vurğun doğulan kəndə aparın, böyüdüyü, gəzdiyi yerləri mənə göstərin. Səməd Vurğunun ölümündən bir il keçmişdi. Nazim Hikməti Yuxarı Salahlıda, Kür qırağında, bütün ətrafı gəzdirəndən sonra axşam onunla görüş keçirildi. Həmin gün Nazim Hikmət üçün tələsik bir şeir yazmışdım. O vaxtkı katibə yazdım ki, Nazim Hikmətə həsr etdiyim şeiri oxumağa mənə icazə verin, adım Ələddin Həsənovdu. Dedi, yaxşı. Məni şeir demək üçün Nazim Hikmətə təqdim etdilər. Şeiri oxudum:
Sənin yüz yaşını edəndə bayram
Qədim Salonike, qəlbimdə ilham,
Dilimdə ən gözəl şeir gətirrəm.
Yurdumdan yurduna salam yetirrəm.
Oğlun Məhmətlə mən də
Oturub dinlərəm sən dinlənəndə...
Nazim Hikmət şeir bitəndən sonra ayağa durdu. Məni qucaqlayıb ağladı. Gözünün yaşı pencəyimi islatmışdı. Sonra rus arvadı gəlib mənim üstümə qışqıdrdı ki, onun ürəyi xəstədir, sən onu niyə ağladırsan deyib, Nazimi məndən ayırdı. Mən nə etdim ki?! Mən yazıq şeir oxumuşdum".
"
Hazırladı: Elmin Nuri

Загрузка...
Загрузка...