​Nazarbayevin nəvəsi od püskürdü: Anamın acgözlüyü...

Baxış sayı: 
55
1  
0  

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Britaniyadan siyasi sığınacaq istəyib.
 
Axar.az xəbər verir ki, Aysultan bu addımı ailəsindən olan təzyiqlərdən müdafiə üçün atdığını bildirib.
 
“Biz dövlətin sükanı arxasında oturanlara sübut edəcəyik ki, onlar Tanrı deyillər. Onlar bizi təqib edə, öldürə, azadlığımızı ala və hətta həyatın dibinə ata bilərlər. Mənə inanın, Allah bizimlədir və qələbə qazanacağıq. Hazırda ailəm mənə hər cür təzyiq etməyə cəhd edir və kardinal tədbirlər görməyə hazıram. Mən Britaniyadan siyasi sığınacaq xahiş edirəm”, – deyə o söyləyib.
 
Aysultan Nazarbayev Rusiya və Qazaxıstan hökuməti arasında genişmiqyaslı korrupsiyanın olmasıyla bağlı informasiyaya sahib olduğunu deyib:
 
“Mən Qazaxıstan xalqından oğurlanan milyardlarla dollar haqqında danışıram. Mən ailəmin, xüsusilə də anamın belə acgözlüyünün mərkəzindəyəm”.

Загрузка...
Загрузка...