Naxçıvanda son 10 ildə fəaliyyətə başlayan səhiyyə obyektlərinin siyahısı açıqlandı

Baxış sayı: 
29
1  
0  

Son 10 ildə Naxçıvanda fəaliyyətə başlayan tibb obyektlərinin adları açıqlanıb.

Publika.az Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2008-ci ildən bu ilin oktyabrınadək Naxçıvan Muxtar Respublika Xəstəxanası, Doğum Mərkəzi, Duzdağ Fizioterapiya Mərkəzi, Kardioloji Mərkəz, Onkoloji Mərkəz, Yoluxucu Xəstəliklər Mərkəzi, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək Rayon Mərkəzi xəstəxanaları olmaqla, ümumilikdə, 19 xəstəxana, 57 həkim ambulatoriyası, 56 feldşer-mama məntəqəsi və digər səhiyyə obyektləri tikilərək və ya yenidən qurularaq istifadəyə verilib.

Səhiyyənin inkişafı istiqamətində Naxçıvan Dövlət Universitetində və Naxçıvan Tibb Kollecində ali və orta ixtisas tibb kadrlarının hazırlanması davam etdirilib. Əhalinin sağlamlığının qorunması üzrə həyata keçirilən mühüm tədbirlər əsas demoqrafik göstərici olan doğulanda gözlənilən ömür uzunluğunun artımına da ciddi təkan verib. Belə ki, 2008-ci ildə muxtar respublikada doğulanda gözlənilən ömür uzunluğu 73,6 yaş, o cümlədən kişilərdə 70,8, qadınlarda isə 76,4 yaş təşkil edirdisə, 2017-ci ildə bu göstərici 78,6, o cümlədən kişilər üçün 76,5, qadınlar üçün isə 80,6 yaş səviyyəsində olub.

Загрузка...
Загрузка...