Naxçıvanda baş həkimin işdən çıxma səbəbini oğlu açıqladı: “Virusa yoluxmuş şəxslərlə təmasda olub”

Baxış sayı: 
65
1  
0  

Naxçıvan Muxtar Respublikasının Şərur Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin işindən ayrılmasına oğlu aydınlıq gətirib.
Musavat.com xəbər verir ki, Şərur Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Asəf Tağıyev vəzifəsindən ayrılıb.
Sosial şəbəkələrdə Asəf Tağıyevin vəzifəsindən uzaqlaşdırılmasının səbəbi kimi Şərur rayonunda bir neçə nəfərin koronavirusa yoluxması göstərilirdi. Bildirilirdi ki, Naxçıvanda virusun olmadığı barədə rəsmi məlumat verilsə də bundan bir neçə gün sonra Muxtar Respublika ərazisində 18 nəfərin koronavirusa yoluxduğu açıqlanıb. Məlumata görə, virusa yoluxanların əsas hissəsi Şərur rayonunun sakinləridir.
Sosial şəbəkələrdə iddia edilirdi ki, Asəf Tağıyev məhz bundan sonra işdən çıxarılıb. Asəf Tağıyevin oğlu Rövşən Tağıyev atasının işdən çıxarılmasına aydınlıq gətirib.

O, sosial şəbəkədə yazdığı statusunda bildirib ki, atasının 68 yaşı var və könüllü olaraq işdən ayırılıb: "Atam Asəf Tağıyev ömrünün 47 ilini həkim olaraq xalqına xidmət edib. Bu illər ərzində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sərəncamı ilə “Əməkdar Həkim” fəxri adına layiq görülüb. 2005-ci ildən 2020-ci ilədək Ali Məclisdə millət məkili olub. Yaş həddinə görə bu ilki seçkilərdə iştrak etmədi ki, gənclərə yol açılsın.
Tanıyanlar yaxşı bilir ki, həm millət vəkili olduğu dönəmdə, həm də həkimlik fəaliyyəti dönəmində gecə-gündüz qapımızı döyən xəstələrin təmənnasız imdadına çatıb. Naxçıvanda son günlərdə virusun yayıldığını müşahidə edib və aşkarlayıb. Daha sonra öz ərizəsini yazaraq tutduğu vəzifədən öz istəyi ilə çıxıb. Səbəb odur ki, 68 yaşı var və fəaliyyət göstərdiyi ərazidə virusa yoluxmuş şəxslərlə təmasda olub.
Hər övlad kimi bizim də istəyimiz o oldu ki, xidmət etdiyi bəsdir və təqaüdə çıxmaq vaxtıdır. Sağ olsun ki, bizim sözümüzü qəbul edərək ərizəsini yazdı!
Bu illər ərzində atamla çiyin-çiyinə çalışan həkimlərə, atamın dostlarına, Naxçıvanda yaşayan bütün qohumlara, dostlara şəxsim adından dərin minnətdarlıq bildirirəm".

Ovqat.com-un qeydi:

“Öz xoşuyla” işdən çıxdığı təsdiqlənən Asəf Tağıyev Aralıq kənd xəstəxanasının Baş həkimi idi. Jurnalist Cavanşir Həsənli onun işdən çıx(arıl)masının səbəbini paylaşdığı facebook statusunda bu cür əsaslandırırdı: “İndiyə qədər muxtar respublika rəhbərliyi real vəziyyəti nəinki təhrif edirdi, hətta faktları gizlədirdi. Səbəbi təkcə Naxçıvanda problemlərin ört-basdır edilməsi ənənəsi ilə bağlı deyildi, həm də onunla bağlıdır ki, muxtar respublikada virusa yoluxma faktı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun qohumlarında da qeydə alınıb. Belə ki, virusa yoluxanlar arasında Vasif Talıbovun Aralıq kənd sakini olan 1968-ci il təvəllüdlü əmisi nəvəsi və onun ailə üzvləri də var”. 
Baş həkimin oğlunun bu etirafı həqiqətən də Aralıq kəndi və civarında koronavirusun yayıldığını təsdiqləyir.

 
Загрузка...
Загрузка...