NATO qırıcıları havaya qaldırıldı - Şoyqunun təyyarəsi üçün qorxulu anlar (VİDEO)

Baxış sayı: 
52
1  
0  

NATO qüvvələrinə aid F-18 qırıcısı göyərtəsində Rusiya Müdafiə naziri Sergey Şoyqunun olduğu təyyarəyə təhlükəli dərəcədə yaxınlaşıb.
 
Axar.az xəbər verir ki, Rusiyaya aid 2 Su-27 qırıcısı sözügedən F-18-i uzaqlaşdırmağı bacarıb.
 
Məlumata görə, nazirin olduğu təyyarə Kalininqrad bölgəsindən Moskvaya qayıdırmış.
 
NATO F-18 qırıcısının Rusiya Müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşması ilə bağlı açıqlama verib.
 
Alyansdan bildirilib ki, müdafiə nazirinin olduğu təyyarə NATO-nun hava sahəsinə yaxın məsafadə uçub. Təyyarəni müəyyənləşdirmək üçün F-18 təyyarəsi havaya qaldırılıb. Qırıcı müəyyənləşdirməni yerinə yetirdikdən sonra bazaya qayıdıb.
 
NATO təyyarədə kimin olması ilə bağlı əvvəldən onlarda məlumatın olmadığını xüsusi vurğulayıb.

Загрузка...
Загрузка...