NATO Qara dənizdə Rusiyayaya cavab hazırlayır

Baxış sayı: 
73
3  
0  

Vaşinqtonda keçirilən görüşün gedişatında NATO ölkələrinin Xarici İşlər Nazirliyinin başçıları Qara dənizdə Rusiyanın hərəkətlərinə cavab olaraq ölçülər paketini qəbul etmək niyyətindədir.
Turaninfo.org xəbər verir ki, bu haqda ABŞ Dövlət Administrasiyasının nümayəndəsinə istinadən “RİA-Novosti” agentliyi bildirib.
Diplomatın sözlərinə görə, Qara dəniz üzrə qəbul ediləcək ölçülər paketi NATO-nun bu regionda rastlaşdığı çağırışlara cavabının bir hissəsi olacaq.
“Yalnız Kerç boğazında baş verən hadisəyə görə deyil, həm də hesab edirik ki, Rusiya bütün şərq cinahında ittifaqı hədələyir”, - o deyib.
Qeyd edək ki, görüş Vaşinqtonda 3-4 aprel tarixlərində keçiriləcək. Gözlənilir ki, nazirlər Qara dənizdə NATO-nun hərbi genişlənməsini müzakirə edəcəklər.

publika.az

Загрузка...
Загрузка...