NATO-dan Türkiyənin S-400 raketləri almasına İNANILMAZ REAKSİYA

Baxış sayı: 
202
0  
0  

NATO-nun baş katibi Yens Stoltenberq 11-12 iyul tarixində baş tutacaq NATO-nun Brüssel zirvəsi və Türkiyənin Rusiyadan alacağı S-400 havadan müdafiə sistemləri ilə bağlı önəmli açıqlamalar verib.
Publika.az xəbər verir ki, baş katib NATO üzvlərinin hansı hərbi təchizatı alacağının onların şəxsi qərarları olduğunu bildirib.
Stoltenberq qeyd edib ki, NATO üçün əhəmiyyətli olan müttəfiqlər tərəfindən istifadə edilən hərbi təchizatların birlikdə çalışmaq qabiliyyətinə sahib olmasıdır.
Baş katib 11-12 iyul tarixlərində Brüsseldə keçiriləcək NATO zirvəsindən öncə planlaşdırılan işlər barədə məlumat verib: “Zirvədə NATO birliklərinin Atlantik okeanında və Avropada sürətli şəkildə mövqe tutmasını təmin edəcək iki yeni komandirlik quracağıq. Buraya 1200 əlavə heyət cəlb edəcəyik. Məqsəd NATO qüvvələrinin doğru zamanda, doğru yerdə ola bilməsidir. “Dörd 30-lar” adını verdiyimiz “NATO Həssaslıq Təşəbbüsü” ilə 2020-ci ilə qədər lazım olanda 30 gün içində hərəkətə keçməyə hazır 30 zirehli briqada, 30 təyyarə və 30 müharibə gəmisi təşkil edəcəyik. Eyni zamanda, İraqda yeni bir NATO təlim komissiyasının qurulmasına qərar verəcəyik. Bu da terrora qarşı mübarizəyə dəstək olacaq və İŞİD terror təşkilatının yenidən ortaya çıxmasını ənəglləyəcək. Bütün bu cəhdlərimizdə Türkiyənin rolu az olmayacaq.
 
 
NATO-nun əsas qüvvələri, ya da digər adı VJTF (Çox yüksək hazırlıqlı müştərək qüvvələr) olan Müdaxilə Qüvvələrində yer alan hərbçilərin sayı 40 000 hərbçiyə çıxarılıb. Qeyd edək ki, VJTF hər biri 5000 hərbçidən ibarət, çoxdilli bir briqadadır. Tərkibində quru, hava, dəniz və özəl qüvvələr var. VJTF Bir neçə gün ərzində hərəkətə keçməyə hazır hərbi birlik olacaq. Başçılığını Fransa, Türkiyə, Almaniya, İtaliya, Polşa, İspaniya və İngiltərə sıra ilə edəcək. Bu da Türkiyənin Avropa-Atlantik təhlükəsizliyinə dəyərli faydalarından biri olacaq. Türkiyə birliyin idarəçiliyini 2021-ci ildə öz üzərinə götürəcək.
S-400 havadan müdafiə sisteminə gəlincə, kimin hansı təchizatı alacağı hər ölkənin daxili işidir. NATO üçün əhəmiyyətlisi müttəfiqlərin əməkdaşlıq çərçivəsində işləyə bilməsidir. Əməliyyatlarımızı və missiyalarımızı gerçəkləşdirərkən hərbi qüvvələrimizin qarşılıqlı istifadə edilməsi əsasdır. Türkiyə sadəcə Rusiya və Qara Dənizlə coğrafi mövqe baxımından yaxın olduğu üçün deyil, həm də Suriya və İraqla sərhəddə yerləşdiyi üçün önəmlidir. Eyni zamanda, NATO da Türkiyənin sərhəd və milli təhlükəsizliyi üçün illərdir milyardlarla dollar pul xərcləyir. Türkiyə NATO üçün nə qədər önəmlidirsə, NATO da Türkiyə üçün o qədər əhəmiyyətlidir. Buna görə də Türkiyənin müttəfiqlikdən çıxması müşküldür”.
Zümrüd

Загрузка...
Загрузка...