Natavan Həbibidən küsülü olduğu HƏMKRALARINA BÖYÜK JEST

Baxış sayı: 
136
0  
0  

Son aylarda boşanması və Aygün Kazımova ilə barışması xəbərləri ilə tez-tez gündəmə gələn Natavan Həbibi Röya Ayxan və Elnarə Xəlilovaya gözlənilməz jest edib.
Publika.az xəbər verir ki, müğənni instaqram səhifəsində keçmiş rəfiqələri ilə “W-Trio” qrupunda oxuduğu günləri yada salıb. O, “Planet Parn iz Baku”nun “W-Trio”nun “Ay Ləli yar” mahnısına çəkilən klipin yamsıladığı videosunu sosial şəbəkədə paylaşıb. Müğənni paylaşıma “Ay səni! Röya Ayxan və Elnarə Xəlilova, günün mövzusu… Sizi öpürəm” şərhini qeyd edib.
Natavanın küsülü olduğu həmkarlarına qarşı gözlənilməz reaksiyası təəccüb doğurub. İddialara görə, üç məşhur sima küsülülüyə son qoyub.
Məlumat üçün bildirək ki, Elnarə “Xəzər Maqazin”də küsülü olduğu keçmiş rəfiqələri Natavan və Röyaya barışıq əli uzadtmışdı: "Bizim üçümüzün də əqidəmiz, amalımız, ürəyimiz birdir. Müxtəlif məsələlərə eyni yanaşırıq”.
Natavan Həbibi Heydər Əliyev adına Saraydakı solo konsertində rəfiqələri onu dəstəkləməyə gəlmədiyi üçün küsmüşdü. Müğənni onu tək qoyan həmkarlarından incidiyini gizlətməmişdi.
Bundan başqa Röya Ayxanın 5-ci element” verilişində Natavan və Elnarənin geyim tərzini tənqid edərək onları “Çuşka” adlandırmışdı.

Загрузка...
Загрузка...