Nailə İslamzadənin əri ilə bu görüntüləri İLK DƏFƏ YAYILDI - FOTO

Baxış sayı: 
129
3  
0  

Azərbaycan Dövlət Televiziyasında illər öncə yayımlanan “Ailələr, talelər” verilişinin müəllifi, əməkdar artist Nailə İslamzadə İctimai Televiziyada (İTV) “Fatehin divanı" verilişinin qonağı olub.
 
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, ad günü ərəfəsində qonaq olan Nailə İslamzadə aparıcı DJ Fatehin “Həyat yoldaşınız sizin ad gününüzü necə təbrik edir” sualına belə cavab verib: “Qeyri-adi bir şey olmur. Evlənməzdən öncə ad günümdə Moskvadan bir qutu gətirmiş və gül hədiyyə etmişdi. Ondan sonra böyük gül dəstəsi hədiyyə etməyib”.
 
Verilişin aparıcısı ilk dəfə Nailə İslamzadə ilə həyat yoldaşının evlənməzdən öncəki fotosunu təqdim edib.
 
Nailə İslamzadə isə sözügedən fotonun Əməkdar artist Nərgiz Cəlilovanın toy mərasimində çəkildiyini və ondan bir ay sonra evləndiklərini açıqlayıb.
 
Qeyd edək ki, Nailə İslamzadə şəxsi həyatını mətbuatdan uzaq tutur. Onun bir oğlu var.

Загрузка...
Загрузка...