Nailə İslamzadə millət vəkili olmaq istəyir? - Foto

Baxış sayı: 
104
3  
0  

 
“Hələ ki, bu haqda düşünməmişəm. Bəlkə də gələcəkdə millət vəkilliyinə namizədliyimi verəcəm”.
 
Bu sözləri Teleqraf.com-a açıqlamasında tanınmış diktor Nailə İslamzadə deyib.
 
“Necə bir millət vəkili olarsınız?” sualına Nailə İslamzadə deyib ki, hər kəsin keçmişi onun gələcəyidir: “Bu yaşa qədər əlimizdən gələni etməyə çalışmışıq. Fəaliyyəti insanı xarakterizə edir. Tamaşaçılar və ətrafdakı insanlar hər kəsi gözəl tanıyırlar”.
 
Baxımlı olmasından danışan diktor bildirib ki, hər bir qadın baxımlı olmağa çalışmalıdır: “Həmişə demişəm ki, kosmetologiyanın bütünü imkanlarından hər zaman istifadə etmək lazım deyil”.
 
Qeyd edək ki, Nailə İslamzadə hazırda İTV kanalında "Ötən günlər” adlı verilişinin aparıcısıdır.

Загрузка...
Загрузка...