Ən vəhşi cinayətlərdən biri anbaan - Kaşıkçını parçalayan həkim: “GÖVDƏ TORBAYA SIĞMAZ”

Baxış sayı: 
34
1  
0  

Türkiyə kəşfiyyatı Kaşıkçı cinayəti ilə bağlı qandonduran səsyazmanı yaydı
 
Hurriyyet.org xəbər verir ki, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda vəhşicəsinə qətlə yetirilən Camal Kaşıkçını öldürən edam briqadasının cinayət zamanındakı səs qeydləri ilk dəfə yayılıb. Səsyazmalardakı “Qurbanlıq heyvan gəldimi?”, “Gövdə torbaya sığarmı?” kimi ifadələr diqqəti cəlb edir.
 
Türkiyədə dərc edilən “Sabah” qəzetinin əməkdaşı Abdurrahman Şimşek, Milli Kəşfiyyat Təşkilatının 2 oktyabr 2018-ci il tarixinli cinayətdən dərhal sonra əldə elədiyi və bu günə qədər tam şəkildə ictimaiyyətə çatdırılmamış səsyazmaları ilk dəfə mətbuata açıqlayıb.
 
Faktlara görə, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğu binasının içərisindəki danışıqlardan biri saat 13:02-də, Camal Kaşıkçının binaya daxil olmasından cəmi 12 dəqiqə əvvəl – qrupun lideri Mahir Əbdüləziz Mutreb ilə Kaşıkçının cəsədini parçalayan ədliyyə tibb işçisi Salah Məhəmməd Tubeyki arasında olub.
 
“Kəsməyi yaxşı bacarıram”
 
Cinayətlə bağlı edam edilməsi tələb edilən qatil qrupunun beş nəfər üzvündən ikisi belə danışıb:
 
Mutreb: "Gövdəni bir torbaya qoymaq mümkündürmü?”
 
Tubeyki: “ Xeyr. Çox ağırdır, boyu da uzundur. Əslində həmişə cəsədlər üzərində işləmişəm. Kəsməyi yaxşı bacarıram. Heç isti bədən üzərində işləməmişəm, amma onu da asanlıqla həll edərəm. Adətən, meyit kəsəndə qulaqlığımı taxıb musiqi dinləyirəm, bir yandan da qəhvə içir, ya da siqaret çəkirəm. Mən parçaladıqdan sonra siz də paketlərə sarıyıb, torbalara qoyub çıxararsınız”.
 
“Qurbanlıq heyvan gəldimi?”
 
Tubeyki deyib: “Ədliyyə tibb şöbəsindəki müdirim nə elədiyimi bilmir. Məni qoruyacaq kimsə yoxdur”. Bununla da o, Kaşıkçının cəsədinin parçalanması işində boynuna düşəcək məsuliyyət üçün vəliəhd şahzadə Məhəmməd bin Salmana qədər uzanan iyerarxiyadan qorunma tələb edib. Danışığın sonunda Mutreb, “qurbanlıq heyvan”ın gəlib-gəlmədiyini soruşub. 13:14-də edam qrupunun bir üzvü “Gəldi” deyib.
 
Səsyazmadan bəlli olur ki, Kaşıkçı konsulluğa daxil olarkən onu tanıdığı adam qarşılayıb, baş konsulun yerində olduğunu bildirib.
 
Konsulluğun ikinci mərtəbəsindəki ofisə əvvəl nəzakətlə dəvət edilib, lakin şübhələndiyi anda qolundan dartılıb. Kaşıkçı da “Burax, nə edirsən?” deyib.
 
Kaşıkçı otağa daxil olan kimi Murteb ona deyib: “Gəlin oturun. Sizi (Riyada) aparmağa məcburuq. İnterpol geri qaytarılmağınızı tələb edib. Sizi aparmağa gəlmişik”. Kaşıkçı bunun cavabında söyləyib: “Mənimlə bağlı bir cinayət işi yoxdur. Bayırda məni gözləyən nişanlım var”.
 
Bu danışıqlar zamanı kimliyi bəlli olmayan şəxs dəfələrlə “Söhbəti kəsin” deyir.
 
Saat 13:22-də Mutreb Kaşıkçının telonunun olub-olmadığını soruşur. Kaşıkçı: “İki telefonum var” deyir. Murteb “Hansı marka?” sualını veridikdə “Ayfon” (iPhone) cavabını alır. Kaşıkçının ölümünə qədər keçən son 10 dəqiqə ərzində belə bir dialoq olur:
 
Картинки по запросу Kaşıkçı cinayetiyle ilgili kan donduran ses kaydı!
 
Qandonduran danışıqlar
 
Mutreb: “Oğlunuza bir mesaj göndərin”.
 
Kaşıkçı: “Oğluma nə deməliyəm?”
 
Mutreb: “Bir mesaj yazacaqsınız, gəlin sınayaq”.
 
Kaşıkçı: "Nə yazım? “Yaxında görüşəcəyik?” yazım?” Naməlum qrup üzvü: “Qısa edin”.
 
Mutreb: “Məsələn, yazın ki, “İstanbuldayam. Mənimlə əlaqə saxlaya bilməsən, narahat olma”.
 
Kaşıkçı: “Qaçırıldığımı deyə bilmərəm”.
 
Naməlum qrup üzvü: “Pencəyini çıxar”.
 
Kaşıkçı: “Bir konsulluqda belə bir şey necə baş verə bilər? Mən heç nə yazmayacağam”.
 
Naməlum qrup üzvü: “Qısa edin”.
 
Kaşıkçı: “heç nə yazmayacağam”.
 
Mutreb: “Yazın, Camal bəy. Tələsin. Siz bizə kömək edin ki, biz də sizə kömək edə bilək. Çünki axırda sizi Səudiyyə Ərəbistanına geri qaytaracağıq və siz bizə kömək eləməsəniz axırda nə olacağını bilirsiniz”.
 
Kaşıkçı: “Burada bir əl-üz dəsmalı var. Mənə dərman verəcəksiniz?”
 
Tubeyki: “Sizi yatıracağıq”.
 
Dərman verildikdən sonra Kaşıkçı özündən getməzdən əvvəl “Ağzımı bağlamayın” deyir. “Astmam var. Etməyin, məni boğacaqsınız”.
 
Bu, Kaşıkçının son cümləsi olur. Çünki cəllad artıq başına onu boğacaq torbanı keçirir. Səsyazmaya görə, bunun ardından boğulma və müqavimət səsləri gəlir. Cinayətkar qrupun üzvləri isə deyirlər: “Yatdımı?”, “Başını qaldırır”, “Davam et”, “Boğ”.
 
Kaşıkçı son nəfəsini verməzdən əvvəlki anların qeydlərində müqavimət və dərindən nəfəsalma səsləri eşidilir. Ölümündən sonra isə cəsəd parçalama prosesinin səsləri gəlir. Düz saat 13:39-da cərrah mişarının səsi eşidilir. Bu vəhşi proses yarım saat davam edir.

Загрузка...
Загрузка...