Ən təhlükəsiz avtomobil - Qəza testi

Avropanın qəza testləri keçirən Euro NCAP təşkilatı 2017-ci ilin ən təhlükəsiz avtomobilini seçib.
Publika.az təşkilatın saytına istinadən xəbər verir ki, 6 müxtəlif kateqoriya üzrə qaliblərin siyahısı təqdim edilib.
Reytinq cədvəlində ekspertlər böyüklərin, uşaqların və piyadaların təhlükəsizliklərini, eləcə də digər şərtləri nəzərə alıblar. Ümumilikdə 70 yeni avtomobilin kraş-testi gerçəkləşdirilib.
Ən təhlükəsiz avtomobil adına “Volkswagen Arteon” layiq görülüb. Avtomobil böyük sərnişinləri 96 %, uşaqları və piyadaları isə 85 % qoruyur.

Загрузка...
Загрузка...