Ən aşağı ölüm səviyyəsinin müsəlman regionlarında olduğu bilindi...

Baxış sayı: 
60
1  
0  
Alkoqollu içkilərdən az istifadə olunması da böyük rol oynayır... 

  “Ən aşağı ölüm səviyəsii Şimali Qafqaz Federal  Dairəsində qeyd olunur”.  

Turaninfo.org xəbər verir ki, “RİA Novosti”nin yaydığı verdiyi məlumata görə,  bunu Rusiya Baş nazirinin müavini Tatyana Qolikova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin geniş iclasında söyləyib.

Bəlli olub ki,  2018-ci ilin sonunda İnquşetiyada ölüm halları1000  nəfər əhaliyə 3, Çeçenistanda 4,2, Dağıstanda isə 4,8 səviyyəsində olub. Kabardin-Balkar və Yakutiyada da nisbətən aşağı dərəcələr göstərilib. Həmin bölgələrdə ölüm səviyyəsi 7,8 nəfərdir.

Ötən il ən çox ölüm halları Rusiyanın Oryol, İvanovo, Tula, Novqorod, Pskov və Tver bölgələrində qeydə alınıb. “Rosstat”ın verdiyi məlumata görə, Pskov və Tver bölgələrində ölüm səviyyəsi orta hesabla 16,8,  Novqorodda  16,5, İvanovoda 16, Vladimirdə isə 15,8 olub. 
Rusiyada 2018-ci ilin sonunda orta hesabla ölüm nisbəti 1000 nəfər əhaliyə 12,4 nəfər olub. 
Rusiyanın Qafqaz bölgələrində ölüm göstəricisinin aşağı səviyyəsi iqlim şəraiti, tibbi yardımın keyfiyyəti və spirtli içkidən az istifadə olunması ilə əlaqələndirilir. Ekspertlər deyirlər ki, bu bölgədə daha az alkoqol qəbul olunduğu üçün daha az zəhərlənmə və yol qəzaları baş verir.

Qeyd edək ki, ölümün ümumi əmsalı – əhali ara¬sında ölümün intensivliyini müəyyən edən göstəricidir. Təqvim ilin¬də müvafiq olaraq ölənlərin sayının əhalinin orta illik sayına nisbətidir, əhalinin hər 1000 nəfərinə hesablanır.

Загрузка...
Загрузка...