"MUXTARİYYƏT" MƏSƏLƏSİNDƏ MARAQLARI TOQQUŞDU

Baxış sayı: 
202
3  
0  

Turaninfo.org xəbər verir ki, PKK/YPG terror təşkilatı ilə Suriya dövləti nümayəndələrinin keçirdikləri görüş zamanı Suriya hökumətinin muxtariyyət məsələsində geriyə addım atdığı bəlli olub. PKK/YPG isə iqtisadi, daxili işlər, tarla, maliyyə, mədəniyyət, səhiyyə və ailə sahələrində özünün özünü idarə edəcəyi “kiçildilmiş hökumət” təklifini irəli sürüb.

PKK/YPG-dən ibarət qondarma Demokratik Suriya Şurasından ibarət heyət Dəməşq şəhərində hökumət heyəti ilə “özünüidarə muxtariyyəti” məsələlərini müzakirə ediblər.

“Anadolu Agentliyinə” məlumat verən yerli mənbələr təqribən 3 həftəlik fasilədən sonra keçirilən ikinci görüşün müsbət keçmədiyini bildiriblər.

Mənbələrə görə, terror təşkilatı iclasda “Demokraik Suriya Şurası”nın Suriyanın şimalında işğal elədiyi torpaqların əsas idarəçisi olması üçün israr edib.

Buna qarşılıq olaraq, rejim bölgələrin öz idarəsinə keçməsi lazım olduğunu bildirib.

Anlaşılmazlıq üzündən tərəflər iclası yekunlaşdırıblar. Üçüncü dəfə iclas keçirilməsi planlaşdırır.

Türkiyə mətbuatının yazdığına görə, PKK/YPG heyəti ötən ayın sonlarında Dəməşqə gələrək təşkilatın işğal elədiyi ərazilərdəki hərbi ortaqlıq, iqtisadi muxtariyyət və inteqrasiya ilə Türkiyəyə qarşı əməkdaşlıq məsələlərini müzakirə eləmişdilər. Daxili müharibə boyunca hərbi və iqtisadi sahələrində davam edən PKK/YPG – Suriya hökuməti əməkdaşlığı Türkiyənin iyun ayında ABŞ ilə əldə elədiyi Menbiç razılaşmasından sonra güclənib.

İkinci görüşün rejimin gələn ay yerli seçki keçirəcəyi elanından sonra həyata keçirilməsi diqqəti cəlb eləmişdi.

Загрузка...
Загрузка...