Müxalifətlə BŞİH arasında “məktublaşma” oyunu - İlqar Məmmədov liderləri ittiham etdi

Baxış sayı: 
99
2  
0  

6 aprel mitinqinə “yox” cavabı alan Milli Şura dərhal aprelin 20-nə aksiya təyin etdi; REAL sədri: “”İnqilab-inqilab“ deyirdiniz, 4 dəfə mitinqə qoyulan qadağa həmin o inqilabınızı haçana qədər ertələdi?“

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın 6 aprelə təyin etdiyi mitinqə də “yox” cavabı verdi. Maraqlıdır ki, cavab bəlli olandan dərhal sonra Milli Şura aprelin 20-nə mitinq təyin edib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin 19 yanvar mitinqindən sonra kütləvi aksiyalar üçün heç bir müraciətə müsbət cavab vermir. Milli Şuranın fevralın 23-də və martın 2-də, Müsavat Partiyasının martın 10-da keçirmək istədiyi aksiyalara razılıq verilməyib. Həmçinin Qarabağ Komitəsinin “Qarabağ” mitinqi üçün müraciətinə mənfi cavab verilib.

Maraqlıdır ki, hər dəfə BŞİH-dən mənfi cavab alınsa da, müxalifət eyni addımı təkrarlayır.

Müxalifət qurumları ard-arda mitinqlər təyin edir, BŞİH “yox” cavabı verir, yenidən mitinq üçün müraciət olunur, yenə BŞİH-dən eyni cavab gəlir. Bəs müxalifət partiyaları cavabın necə olacağını bildikləri halda nədən durmadan mitinq qərarı verir və məktub göndərir? Bu, kağız üzərində fəaliyyət və ya fəaliyyət imitasiyasıdır, yoxsa Avropa Məhkəməsinə şikayət üçün hüququ əsaslar yaranmasına hesablanıb?

Ä°lgili resim

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Yeni Müsavat”a bildirdi ki, hər qurumun öz taktiki xətti mövcuddur. Hər bir təşkilat qanunla kütləvi aksiya keçirmək hüququna malikdir. Mitinq üçün müraciət edənlər də bu haqlarından istifadə etmək istəyirlər: “Konstitusiya hüququndan istifadə təşəbbüsündə ziyanlı heç nə yoxdur. Buna söz demək olmaz. Özünü qüdrətli göstərən iqtidara sual yaranır ki, nədən mitinq keçirmək istəyən təşkilatların hüquqları təmin edilmir. Faktiki, Bakı Şəhər İcra Hakimiyyətinin konstitusiyanı pozmasına şahid oluruq. Mitinq təşəbbüskarlarına gəlincə, onlar vəziyyəti bilir və təzyiq edirlər. Uduzduqları heç nə yoxdur. Bircə əhalinin etimadı itirilə bilər. Çünki insanlar dəyişiklik istəyirlər. Burada kim təşəbbüskar olacaqsa, o da radikal təbəqənin hədəfinə tuş gələcək”.

Yeri gəlmişkən, YAP icra katibinin müavini qafqazinfo.az-a müsahibəsində mitinq qadağası haqda danışıb. Sitat:“Mitinq keçirmək üçün icazə verilir. Burada iki məsələ öz əksini tapmalıdır. Bilirsiniz ki, burada partiya üzvündən tutmuş sədrə kimi onlar Azərbaycan vətəndaşlarıdır. Onların təhlükəsizliyinin qorunması Azərbaycan dövlətinin və hüquq-mühafizə orqanlarının işidir. Təhlükəsizlik qaydalarına riayət edəcəklərini qabaqcadan bildirirlərsə, istənilən vətəndaş sərbəst toplaşmaq azadlığından istifadə edə bilər. Digərlərinin hüquqları pozulanda hüquqlar məhdudlaşır, yaxud da təhlükəsizlik məsələləri həll olunmayanda. Məsələn, hüquq-mühafizə orqanlarına məlumat gəlir ki, ciddi provokasiya ediləcək və məsuliyyəti Azərbaycan dövlətinin  üzərinə atacaqlar. Ona görə də konkret əsaslarla mitinq komitəsinin üzvlərinə həmin sənədləri təqdim edirlər. Öhdəlik götürürlər ki, sərbəst toplaşmaq azadlığı barədə tələbləri pozmayacaqlar. Ancaq başlayandan axıra kimi o tələbləri pozurlar. Özü də qəsdən pozurlar ki, polis müdaxilə etsin. Yalandan bəyanat verirlər ki, 60 nəfər haradasa saxlanılıb. Onların nümayəndələri mitinqə gəlmək istəmir. Soruşanda deyirlər ki, polis qoymadı mitinqə gələk”.

AXP sədri Pənah Hüseyn ile ilgili görsel sonucu

AXP sədri Pənah Hüseyn isə bildirdi ki, mitinq üçün müraciətlər, sadəcə, müraciət xatirinə edilən müraciətlər deyil, yürüdülən siyasətin bir tərkib hissəsidir. Mitinqlərlə bağlı müraciətlərə mənfi cavab verilməsinə baxmayaraq, müraciətlərin edilməsi sistemli və ardıcıl siyasətin aparılmasını özündə əks elətdirir: “Hər dəfə müraciət edildikdən sonra müəyyən hazırlıq işləri aparılır, təbliğat gedir, fəallaşma olur. Yəni müəyyən bir xətt davam etdirilir. İkincisi, hər dəfə mitinq üçün müraciətlər və müraciətlərə cavablar qeydə alınır, ölkədə ümumi siyasi vəziyyət haqqında dəyərləndirilmə aparılması üçün bu məqam istifadə olunur. Bu cür vəziyyətin davam etməməsi üçün istər hüquqi müstəvidə, istərsə də siyasi təbliğat istiqamətlərində iş aparılır”.

P.Hüseyn hesab etmir bu vəziyyət sonsuza qədər davam edəcək: “Keçən ilin 29 sentyabr mitinqindən sonra Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin mitinq üçün üç müraciətinə mənfi cavab vermişdi. Lakin Milli Şuranın 19 yanvar mitinqinə razılıq verildi. Yəni nəhayət, bir gün mitinqə icazə verilir və veriləcək. Əgər bu vəziyyət-yəni mitinq üçün müraciətlərə ard-arda yox cavabları olacaqsa, razılaşdırılmamış aksiyaların meydana gəlməsi labüddür. Məncə, mitinqlərə icazə verilməmə prinsipi davam etdiriləcəksə, bu vəziyyət aylarla davam eləməyəcək və icazəsiz aksiyaların gündəmə gəlməsi labüd olacaq. Eyni zamanda məsələ məhkəmə müstəvisinə də çıxarılır və çıxarılacaq”.

İlqar Məmmədov ile ilgili görsel sonucu

Bu arada REAL Partiyasının sədri İlqar Məmmədov müxalifətçiləri tənqid edib. İ. Məmmədov sosial şəbəkədə qeyd edib ki, 8 aydır ona qarşı təbliğat aparılır: “Deyirdim sizə, gedək seçkiyə, görək insanları səslərin müdafiəsinə səfərbər edə bilirikmi. Dediniz ki, yox e, biz meydanlardan birbaşa hakimiyyətə gələcəyik. 8 aydır mənə qarşı vicdansız təbliğat apardınız ki, biz inqilab eləmək istəyirik, İlqar Məmmədov imkan vermir. Yaxşı, ”inqilab-inqilab" deyirdiniz, 4 dəfə mitinqə qoyulan qadağa həmin o inqilabınızı haçana qədər ertələdi? Amma qapılarımız yenə də açıqdır. seçki məsələsində əməkdaşlığa hələ də tam hazıram və bir daha dəvət edirəm".

“Yeni Müsavat”

 
  •  
Загрузка...
Загрузка...