Müxalifət təmsilçiləri Gəncədə baş verənləri pislədi – Açıqlama

Baxış sayı: 
68

“İyulun 10-da Gəncədə baş verən olaylarda əli olan qüvvələr və şəxslər barəsində ciddi tədbirlər görülməlidir”.

Bunu Avropa.info-ya açıqlamasında Aydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimli deyib.

Q.İbrahimli bildirib ki, Aydınlar Partiyası Gəncədə baş verən olayları qətiyyətlə pisləyir: “Biz ölkədə sabitliyin tərəfdarı olaraq, bu hadisələrdə də dövlətin yanındayıq. Hansısa qüvənin yaranmış vəziyyətdən yararlanaraq dövlətə qarşı yürümək olmaz”.

Q.İbrahimli əlavə edib ki, bu hadisələri törədənlər tapılıb cəzalandırılmalıdır.

“Aydınlar Partiyası olaraq isə bu günlərdə bütün vətəndaşları ayıq-sayıq olnmağa çağırırıq. Bütün ölkə vətəndaşlarını dövlətçiliyimizn yanında olmasına və ona dəsətk verməsini istəyirəm”-deyə, Q.İbrahimli vurğulayıb.

Bəzi siyasi qüvvlə və qrupların bu hadisələrdən yararlanaraq, siyasi divident əldə etməsini qətiyyətlə pisləyən Q.İbrahimli belə hallarınn yolverilməz olduğunu qeyd edib. Bildirib ki, siyasi qüvvə ancaq sivil qaydada, qanunlar çərçivəsində mübarizə aparıb divident əldə etməlidir: “Əgər belə hal varsa, pisləyirəm. Belə bir təhlükəli halda siyasi qüvvənin təxribat xarakterli hərəkətlərə yol verməsini məqbul hesab etmirəm. Əksinə, siyasi qüvvələr indiki halda ölkədə sabitliyin qorunub saxlanması üçün insanları təxribatlara yol vermə hallarından geri çəkindirməlidir. Ümid edirəm ki, belə də olacaq. Hesab edirəm ki, DTX baş verən olaylarda təqsiri olan şəxsləri ortaya çıxaracaq və ölkənin məhkəmə orqanları onlara layiqli cəza verilməsinə nail olacaq”.

ADP sədri Sərdar Cəlaloğlu da Gəncədə baş verənləri pislyəb: “Gəncədə baş verən o qarşıdurmanı qətiyyətlə pisləyirəm. İstənilən halda mübarizə sivil müstəvidə apaırlmalıdır və qarşıdurmaya yol verilməməlidir”.

Mürtəza 
Avropa.info

Загрузка...
Загрузка...