Müsəlman olan erməni haqqında şok faktlar – Video

Baxış sayı: 
32
1  
0  

Türkiyənin ATV kanalında professor Nihad Hatipoğlunun aparıcılığı ilə yayımlanan dini verilişdə 12 may tarixində “Kəlimeyi-Şəhadət” gətirərək müsəlman olan 13 yaşlı erməni əsilli Artur Y.-nın anası Alina Y. olaya reaksiya verib.
 
Publika.az xəbər verir ki, Alina bu hadisədən xəbəri olmadığını açıqlayıb və verilişin aparıcısına etirazını bildirib.
 
Ermənistanın “Lurer.com” saytına müsahibə verən Alina bildirib ki, oğlu müsəlman olmayıb: “Biz erməniyik. Xristianıq. Mən bilsəydim, özüm övladımın yanına gedərdim. Amma bilmirdim. Mağazada işləyirəm. Anidən xəbər gəldi. Artur 13 yaşlı saf bir uşaqdır. Suriyalı dostu “gəl birlikdə canlı yayımda danışaq, sonra bizə hədiyyələr verəcəklər, onlarla da oturub yemək yeyərik” deyib. O da saflığına vurub onunla gedib. Uşaqdır o, səhv edib. O, müsəlman olmayıb, sünnət olmayıb”.
 
Nihad Hatipoğlu isə məsələ ilə bağlı ilk açıqlamasını verib. Professor bildirib ki, 13 yaşlı uşaq öz tələbi və ailəsinin razılığı ilə müsəlman olduğunu deyib:
 
“Sözügedən insan haqqında mənə yayımdan öncə bilgi verdilər. Mən də uşağın ailəsinə zəng edib razılıqlarını almasını dedim. Əməkdaşlarımız uşağın anasına və ögey atasına zəng edərək uşaqlarının müsəlman olmaq istədiyini çatdırıb. Hürr iradəsi ilə bir dəliqanlı proqrama gəlib. Ana və atası da razılığını verib. Lakin onlar qınaqlara tab gətirməyib sonradan sözlərini dəyişdiriblər. Bəzi insanların qınaqları, qonşuların təzyiqi ailənin qərarını dəyişməsinə səbəb olub. Mən isə burada vəzifəmi icra etmişəm. Mənim hədəfim İslamı göstərmək. İslamın təmiz üzünü göstərmək. İllərdir ki, uğurla davam etdirdiyim verilişlərim var. Uğurumu gözü götürməyən, qaralamaq istəyənlər də var. Buna icazə verə bilmərəm. İslam ənənəsində müsəlman olmaq istəyən bir uşağa rədd cavabı verə bilməzsiniz. Hörmətsizlik olar. Bəzi insanlar kinini, nifrətini axıdacaq yer axtarır. Verilişimi həzm etməyən və qısqanc insanlar çoxdur”.
 
Hatipoğlu mübahisələrdən sonra Türkiyə ermənilərinin patriarxı Aram Atəşyan ilə görüşdüklərini qeyd edib: “Bundan sonra öhdəmizə düşən müsəlman olan uşağın ailəsinə dəstək olmaqdır. Onlara dəstək verməliyik. Erməni vətəndaşlarımız ölkəmizin dəyərli vətəndaşlarıdır. Birlikdə hərəkət etməyə davam edəcəyik. Aram Atəşyanla müsbət nəticələnən görüş keçirdik”.
 
Aram Atəşyan da öz növbəsində məsələ ilə bağlı mövqeyini açıqlayıb:
 
“Fransız Sarayında verilən iftar yeməyində hüquqşünas Kəzban Hatəmi ilə müzakirələr apardıq. O, bu hadisənin yanlış olduğunu və durumu Nihad Hatipoğlunun diqqətinə çatdıracağını dedi. Professor bu gün bizimlə əlaqə yaradıb mövqeyini bildirdi. Nihad Hatipoğlu qeyd etdi ki, həmin uşaq verilişə öz istəyi ilə gəlib. Anasının da xəbəri olub. Məqsəd xristian dinini və erməniləri alçaltmaq deyilmiş. Bu vəsilə ilə biz də öz mövqeyimizi professora çatdırdıq.
 
1.Öncəliklə, 13 yaşlı uşaq yetkin deyil və din dəyişdirmək haqqında qərar verə bilməz.
 
2. Bu mahiyyətdə veriliş sadəcə dini təxribat təəssüratı yaradır. Vicdan azadlığı ilə üst-üstə düşmür.
 
3. Anası razılıq versə belə, uşaq dinini dəyişdirə bilməz. Əgər uşağın atası yoxdursa, təkcə anası varsa, anasının da müsəlman olması vacibdir. Əgər uşağın atası varsa və müsəlmandırsa, uşaq da avtomatik olaraq müsəlman hesab olunur. Dolayısı ilə bu yayım öz-özlüyündən mənasını itirər.
 
4. Biz Erməni Rəsuli Kilsəsi olaraq 18 yaşdan böyük şəxsləri belə xristianlığa qəbul etmirik. Qəbul etsək belə, ailəsini çağırıb yazılı icazəsini alırıq. Ona qəbul etdiyi din haqqında məlumatlı olması üçün 6 ay ruhani və mənəvi hazırlıq müddəti verilir.
 
5. Bütün dinlərə hörmətimiz var. Sizlərin də dinə hörməti olmasından şübhə duymuruq. Televiziyalarda bunları reytinq vasitəsi kimi istifadə etdiyinizə üzülürük”.
 

Загрузка...
Загрузка...