Müsəlman ermənilər Qarabağda yerləşdirilir - “ƏLİMİZDƏ VİDEOLAR VAR, TEZLİKLƏ YAYACAĞIQ...”

Baxış sayı: 
88
2  
0  

Ermənistan müsəlmanlığı qəbul etmiş erməniləri-hemşinliləri Azərbaycanın işğal
altındakı ərazilərində yerləşdirmək üçün fəaliyyətə başlayıb.

Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Türkiyədə fəaliyyət göstərən
Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey açıqlayıb.

Göksel Gülbeyin bildirdiyinə görə, Avropadakı ermən lobbisinin gizli planına uyğun olaraq
Türkiyənin Qara dəniz bölgəsində qurulan bəzi hemşinli dərnəklərinin, bu erməni icmasına
mənsub ayrı-ayrı şəxslərin Rusiya və Livan kimi ölkələrdə yaşayan müsəlman erməniləri
Qarabağda yerləşdirmək üçün komissiyalar qurduqları ona məlumdur.

 

ASİMDER başqanı deyib ki, Ermənistan bu gizli planlarını həyata keçirmək üçün
Türkiyənin Rize və Artvin bölgələrinə turist adı altında öz agentlərini göndərib.
Habelə Türkiyədəki hemşinlilər arasından xüsusi heyət formalaşdırılaraq Rusiyanın
Krasnodar və digər bölgələrində yaşayan müsəlman erməniləri Qarabağda məskunlaşmağa
inandırmaq üçün göndərilib. “Bu görüşlərin videoları əlimizdədir, tezliklə yayacağıq”-Göksel
Gülbey bildirib.

ASİMDER başqanının dediyinə görə həmin müzakirələrdə müsəlman ermənilərin Qarabağa köçməsi,
məskunlaşması üçün xərclərin tamamilə Avropa erməniləri, Ermənistanın Diaspor Nazirliyi
və Ermənistan hakimiyyətinin gizli fondları tərəfindən maliyyələşdiriləcəyi deyilib.

“Qarabağa müsəlman erməniləri yerləşdirmək İranın Ermənistana verdiyi
dəstəyə haqq qazandırmaq planıdır. Çünki İranın Azərbaycan torpaqlarını
işğal edən xristian ermənilərə dəstək verməsi müsəlman ölkələri tərəfindən
qınanır. Bu məqsədlə erməni lobbisi və Ermənistan dövləti İranın Qarabağda
həm də müsəlmanlara yardım etdiyi görüntüsü yaratmaq istəyir”
-erməni
iddiaları ilə mübarizə aparan Gülbey bildirib.

Hemşinlilər müsəlman dininə etiqad edən azsaylı ermənilərdir. Onlar sünnü təriqətinə mənsubdur,
əsasən Türkiyənin Qara dəniz bölgəsində, Orta Asiyada və Rusiyanın cənubunda məskunlaşıblar.

Загрузка...
Загрузка...