Müsəlman dünyasının gözü onu üzərindədir – Faciədən qurtulub, dünyaya səs salan Məhəmməd Salah

Baxış sayı: 
555
0  
0  

 
Misirdən dünyaya açılan qapılar…
Şərq dünyası bu gün müharibələri ilə medianın gündəmində olsa da, bu istisnanı pozan insanlarla da qarşılaşırıq.
Afrikanın parıldayan ulduzu hesab olunan futbolçu Məhəmməd Salah da bu qəbildən olan insanlardandır. O, 1992-ci il, 15 iyunda Misirdə dünyaya gəlib. Məhəmməd Salah ilk futbol karyerasına 2010-cu ildə Əl-Mokavlun Əl-Ərəb komandası ilə başlayıb. İlk qollunu isə 2010-cu il, 25 dekabrda “Əl-Əhli” klubu ilə keçirilən görüşdə atıb.
2012-ci ildə Misir liqasında faciə yaşanır. Belə ki, Port Səid stadionunda “Əl Əsri” və “Əl Masri” klubları arasındakı oyunda “Əl Əsri” klubu qalib gəlir və bundan sonra azarkeşlər arasında yaşanan güclü iğtişaşlar minlərlə insanın ölümü və yaralanmasına səbəb olur. Bu faciədən sonra Misir liqası dayandırılır, bütün oyunlar ləğv olunur.
 
Yaşanan faciə Salahın karyerasında dönüş nöqtəsi olur. İsveçrənin Basel klubu ölkə futboluna dəstək vermək məqsədi ilə Misir milli yığması ilə dostluq görüşü keçirir. Salah oyuna sonradan daxil olsa da, qapını iki dəfə silkələməyi bacarır. Onun oyun manerası isveçrəli təmsilçilərin diqqətini çəkməyi bacarır. Bu oyundan sonra Salahı sınaq məqsədilə qrup məşqlərinə dəvət edirlər. Onun oyunundan çox təsirlənən “Bazel”in rəhbərləri Salahla 4 illik müqavilə imzalayırlar.
“Bazel”də keçirdiyi oyunlarda 20 qol atmağı bacaran Salah “Çelsi”yə qarşı keçirilən oyunda da öz adından söz etdirməyi bacarır. Bu oyundan sonra “Çelsi” rəhbərliyi Salahı öz klublarında görmək üçün 16,5 milyonundan keçməli olurlar.
 
Lakin Salah “Çelsi”nin baş məşqçisi Jose Mauriniyonun gözünə girməyi bacara bilmədiyi üçün burada öz imkanlarından kifayət qədər istifadə edə bilmir.
Bundan sonra onu “Florensiya” icarəyə götürür və burada Salah yenidən tam gücü ilə çıxış edir. Daha sonra Salahı “Roma”ya transfer edirlər və o, burada öz karyerasının ən yüksək zirvəsinə çatır. Demək olar ki, keçirdiyi hər oyunda yüksək performas sərgiləyir.
İndi isə “Liverpul”un formasını geyinən Salah bu komandanın keçirdiyi oyunlarda qələbə qazanmasını təmin edən ən önəmli faktor hesab olunur. “EA sports Fantasy Premier Lig”-in məlumatına əsasən Salah indiyə qədər atdığı 168 qolla dünyanın ən yaxşı futbolçusu olmağı bacarır.
2013-cü ildən evli olan müsəlman oyunçunun Məkkə adlı bir qızı var.
Məleykə

Загрузка...
Загрузка...