“Müsavat”ın sədr müavini Tofiq Yaqublu vəzifəsindən azad edildi

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu vəzifəsindən azad olunub.
Turaninfo Report-a istinadən xəbər verir ki, bununla bağlı partiya başqanı Arif Hacılı sərəncam imzalayıb.
Buna səbəb T.Yaqublunun paralel olaraq Milli Şuranın üzvü olması göstərilib. Xatırladaq ki, Müsavat Partiyası həmin təşkilatdan 2013-cü ildə çıxıb.
T.Yaqublu məlumatı təsdiqləyib. Lakin o, vəzifəsindən azad olunmasının səbəbləri barədə danışmaq istəmədiyini bildirib.

Загрузка...
Загрузка...