“Müşahidəçilərimizə süni maneələr yaradırlar” - SƏRDAR CƏLALOĞLUNUN MÜAVİNİ

Baxış sayı: 
114
0  
0  

 
Bu gün səhər saatlarından ölkə ərazində nöbvədənkənar prezident seçkilərinə start verilib. Dəqiqləşdirilmiş vahid seçici siyahısına əsasən, xaricdəki seçicilər də daxil olmaqla, Azərbaycanda 5 milyon 309 min 434 seçici var. Seçicilərin 50,78 faizi qadın, 49,22 faizi kişidir.
 
Bildirilir ki, saat 12:00-a qədər 2 milyon 93 min 343 nəfər səs verib.
 
Qeyd edək ki, bugünkü prezident seçkilərində 8 nəfər prezidentliyə namizəd iştirak edir ki, onlardan biri də Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Məmmədovdur. Bu baxımdan ADP-nin də müşahidəçiləri, səlahiyyətli nümayəndləri seçkiləri müşahidə edir
 
Seçkiləri müşahidə edən ADP sədrinin müavini Tailəyət Əliyev “Hürriyyət”ə dedi ki, partiyamızın adından məntəqələrdə, dairələrdə səsvermə prosesini müşahidə edən nümayəndələrimiz var: “Onlardan aldığımız ilikn rəylər bundan ibarətdir ki, secici fəallığı lazimi səviyyədə deyil, yəni aşağı səviyyədədir. Bu, birinci faktordur. Baxmayaraq ki, artıq günün birinci yarısıdır, amma səsverməyə gələn seçicilərin sayı aşağıdır. İkincisi, bizim bir çox dairə ərazilərində müşahidəçilərimizə maneçiliklər törədirlər, onlara süni manelər yaradırlar, deyirlər gedin dairədə qeydiyyatdan keçin, halbuki, həmin müşahidəçilərimiz bütün respublika ərazisində müşahidə aparmaq səlahiyyətinə malikdir. Çünki onların aldıqları o lövhəciklər Mərkəzi Seçki Komissiyası tərəfindən verilib. Mərkəzi Seçki Komissiyası tərəfindən verilən lövhəciklərdirsə, onlar bütün respulika üzrə istənilən dairədə, məntəqədə səsvermə posesini izləmək hüququna malikdir. Amma çox təəssüflər olsun ki, bu manelərin yaradıması il bağlı bizə informasiyalar daxil olmaqdadır. Digər məsələr ondan ibarətdir ki, məntəqələrdə secici siyahısına alternativ siyahılar tutulub, yəni seçici siyahısında olmayan şəxslər həmin məntəqədə səsvermədə iştirak edə bilir. Məktəblərdə bütün valideynlərin səsvermə prosesinə süni şəkildə cəlb olunması ilə bağlı infomasiyalar var. Hələ ki, günün birinci yarısına olan qanun pozuntuları bundan ibarətdir. Bölgələrdən, məsələn, Saatlıdan seçici fəallığının çox aşağı olması il bağlı informasiyalar gəlir”.
 
“Seçici fəallığı aşağı səviyyədədir”
 
T. Əliyev əlavə etdi ki, o, saat 12-də Sərdar bəyin 23 saylı Nəsimi-Səbail seçki məntəqəsində səsvermə prosesini müşahidə edib: “Mən orada da secici siyahılarının vərəqlərinə baxanda hər vərəqdə 4-5 nəfər seçinin səsvermədə iştirak etdiyni gördüm, seçici fəallığı aşağı səviyyədədir”.
 
“MSK özünü “sudan quru çıxatmaqdan” ötrü bu cür dezinformasiyaları həmişə verir”
 
“MSK rəhbərliyi və bəzi beynəlxlaq müşahidəçilər seçi fəallığı olduğu barədə ümimi şəkildə deyirlərsə, təbii ki, bu, obyektiv informasiya deyil. Mərkəzi Seçki Kommissiyası özünü “südan quru çıxatmaqdan” ötrü bu cür dezinformasiyaları həmişə verir”,-dedi partiya sözçüsü.
 
“Məzahir Pənahov verdiyi informasiya obyektivliyi əks etdirə bilməz”
 
“Bəs, MSK sədri Məzahir Pənahov deyib ki, müşahidəçiləri və jurnalistləri heç kim məntəqəni tərk etməyə məcbur edə bilməz, ancaq siz deyirsiniz ki, ADP-nin müçahidəçilərinə manelər yaradırlar. Bu, necə olur” sualına isə T. Əliyev belə cavab verdi: “Müahidəçilərə olan manelərlə bağlı informasiyanı mən özüsmdən demirəm, bizim yerlərdə müşahidə aparan şəxslərdən aldğım informasiyalar əsasında bu fikirləri dedim. Yenə bir daha deyirəm Məzahir Pənahov verdiyi informasiya obyektivliyi əks etdirə bilməz. Ola bilər ki, onlar öz müşahidəçilərindən o cür informasiya alılrlar. Amma bizim də alternativ müşahidə aparmaq üçün müşahidəçilərimiz var, preidentilyə namizədin vəkilləri, səlahiyyətli nümayəndləri var, hansı ki, dairələr üzrə gəlirlər, müşahidə edirlər, qanun pozuntularını fiksə edirlər və o infromasiyaları bizə ötürürlər. Günün birinci yarısına aldığımız informasiya bundan ibarətdir, günün sonuna nələrsə baş versəcəksə, bununla bağlı mətbuata açıqlama verəcəyik”.
 
Şamo EMİN, Hurriyyet.org

Загрузка...
Загрузка...