Musa Musayevin 23 illik sirri: “Bacı dediyim Zeynəb Xanlarova… ” – Video

Baxış sayı: 
88
1  
0  

 
Müğənni Təranə Qumral və Musa Musayev cütlüyü "Yalan dünya" adlı mahnı təqdim edib.
 
Teleqraf.com xəbər verir ki, mahnının sözləri Məhəmməd Hüseyn Şəhriyara, musiqisi isə Musayevin özünə məxsusdur.
 
Musa Musayevin sözlərinə görə, bəstə 23 il bundan əvvəl ərsəyə gəlib: "Bu mahnını ilk olaraq 1998-ci ildə, bacı deyərək müraciət etdiyim Xalq artisti Zeynəb Xanlarova səsləndirib.
 
Ondan sonra mən bu mahnını oxumadım. Zeynəb xanım çox gözəl, özünəməxsus ifası ilə ona imzasını qoymuşdu. Sonradan gördüm ki, yaxın zamanlarda başqa-başqa müğənnilər də bu bəstəyə müraciət edib. Onlardan biri də Əməkdar artist Xumaq Qədimovadır.
 
Qoy, yaxşı mahnını hamı ifa etsin. Onlardan bir xahişim var. Müəllifi qeyd eləsinlər…"
 
Mahnı cütlüyün rəsmi "YouTube" kanalında yayımlanıb.

Загрузка...
Загрузка...