​Müəllimlərin işə qəbulu ilə bağlı İDDİA: “İşarələnmiş yerlər var...”

Baxış sayı: 
47
1  
0  

 “Müəllimlərin işə qəbulu ilə bağlı bizim Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinə 400-dən çox şikayət daxil olub”.
 
Hurriyyet.org “Yeni Sabah”a istinadən xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib. O qeyd edib ki, müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Hal-hazırda 2-ci mərhələ-test mərhələsi davam edir.
 
“Amma bu il ilk dəfə olaraq imtahanların gedişindən ciddi şəkildə narazılıq var”.
 
Ekspert narazılıqların 4 qrupa bölündüyünü qeyd edib:
 
1.Test tapşırıqlarının düzgün cavabları yazılandan sonra geri dönəndə dəyişdiyi görünür. Yəni kompüterdə idarəçi tərəfindən cavablara müdaxilə olunur.
 
2. İmtahan iştirakçısını oturduğu yerdən gəlib qaldırırlar ki, bu başqasının yeridir, amma buraxılış vərəqi yoxdur ki, kim harda oturmalıdır. Başqa şəxslər gəlib orda əyləşir.
 
3. İmtahan zalında xüsusi kart və ya işarə ilə işarələnmiş yerlər var və ancaq orda nəzarətçilərin gətirdiyi şəxslər iştirak edir və onlar daha çox bal toplayır.
 
4. İmtahanlarda istifadə olunan test tapşırıqlarının iki, üç cavabı olur və ya ümumiyyətlə cavabı olmur.
 
K. Əsədov deyir ki, təqdim olunan test tapşırıqları bəzən heç bir məntiqə sığmır: “Misal üçün qısqanclığın rəngi nədir? İki qazan var, birində it var, birində pişik, siçan hansının ağzındadır? Və s.
 
Həqiqətən də belə test tapşırıqları təqdim olunubsa, bu imtahanı təşkil edənləri əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmək lazımdır”.
 
Bəs narazı insanları, haqları tapdanmış iştirakçıları necə razı salmaq olar?
 
1. İştirakçıların yazdıqları test tapşırıqlarını onların şəxsi kabinetinə yükləmək.
 
2. Səhv, heç bir testologiyaya sığmayan sualların cavabı iştirakçılara düzgün cavab kimi əlavə edilməlidir.
 
3. Vakansiya seçimi üçün tətbiq olunan minimum keçid balı dəyişməli və ümumiyyətlə ləğv olunmalıdır. Onsuz da vakansiyanı seçən və ən yüksək bal toplayan şəxslər müsahibəyə dəvət olunur.
 
K.Əsədov vurğulayır ki, gələcəkdə isə bu kimi problemlərin baş verməməsi üçün MİQ imtahanın keçirilməsi Dövlət İmtahan Mərkəzinə verilməlidir: “Ya da bizim Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzi bunu daha da peşəkar səviyyədə təşkil edə bilər. İmtahanlar üzrə proqram, vəsait və ədəbiyyat siyahısı azı 6 ay əvvəl çap olunub iştirakçılara təqdim olunmalıdır, imtahanlar kompüterlə yox, kağız üzərində olmalıdır və iştirakçılara imtahandan sonra sual kitabçası verilməlidir, imtahandan sonra apellyasiya komissiyası yaradılmalı və şikayətlər dinlənməlidir”.

Загрузка...
Загрузка...