Müəllimindən oğurluq edən, müəllimini həbs etdirən, məhkəməsi sifarişlə yerinə yetirilən, polis rəisi ferma saxlayan cəmiyyəti elə oğrular bürüyər

Baxış sayı: 
387
10  
1  


                                                 Azərbaycan Respublikasının Prezident
                                                 cənab İlham Əliyevə
                                 Surəti:     Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
                                                 cənab Əli
                                                  Nağıyevə
                                Surəti:      Baş prokuror cənab Kamran Əliyevə

                                                 ADP İmişli RT-nın sədri, hüquq
                                                 müdafiəçisi, jurnalist, Məhbub Əvəz oğlu
                                                 Zülfüqarlı tərəfindən

                                            Açıq Məktub!

     Hörmətli cənab Preizdent!
     28 iyul 2020-ci il bizim həyətdən qardaşım qızının-müəllimənin 1800 manat pulu oğurlandı. Xanım öz gücünə yüksək balla instituta qəbul olmuş, əlaçı tələbə kimi fakültə nümayəndəsi, əla qiymətlərlə məzun olaraq, təyinatla İmişli şəhər 2 saylı orta məktəbdə, qaçqın övladlarına tarix fənnindən keçir. Qardaşım DİN-nin “102” xidmətinə zəng edəndən sonra İmişli RPŞ-dən 3 əməliyyatçı gəldi. Onlara bildirdim ki, RPŞ rəisi Fizuli Şıxəliyev  bizneslə, mal-qara ferması ilə məşğul olan rayonu elə oğurluq bürüməlidir. Ferma Ağammədli kəndində yerləşir. Keçmiş müavini S.Səmədovla şərikdir. Fermanın divarları aqlay, mərmərlə işlənib, şəklini belə gedib çəkmişdik. Əgər rəisin fermasında bir quzu, ya yumurta oğurlansa, kəndin cavanlarının əksəri qandallanardı. Pulu oğurlanan adi şəxs deyil, müəllimədir. İmişli şəhəri 5 saylı orta məktəbinin tarix müəlliməsinin (hörmət əlaməti olaraq adını çəkmədim) evinə də oğru girmişdi. Digər qonşunun su motoru oğurlanmışdı. Təbii ki, oğruları polis tapmayıb.
      Ən ağrılısı odur ki, mən siyasət insanı, hüquq müdafiəçisinin evinə girilibsə, deməli, oğruların havadarları var. Elə baş verən oğurluqların da üstü ona görə açılmayacaq.
       Keçmiş siyasi məhbus kimi həbsxanada olarkən oğrularla çox söhbətim olub. Arxası olan oğru həbs edilmir.
        İmişli prokuroru Valeh Səmədov isə dəyərli insandır, adətən, mülki formada vətəndaşlar adi insanlarla görüşür, onların problemini öyrənir.
Amma məhkəmə sədri Qurban Hacıyev, eləcə də, hakim Ülvi Qənbərov “femida tərəzilərinə” hörmət etməyən, varlı, imkanlılarla oturub-duranlar, ötən illərdə evi oğurlanan, oğrunu tutub, əl-qolunu bağlayıb, polisə verən kənd müəllimi Elşən Şəmmədlinin özünü, məhkəmə sədri Q.Hacıyev şərləsə də, həbs etdirsə də, artıq zaman o zaman deyil. Hakim Elşən müəllimi şərləmişdi ki, sən mənimlə əlbəyaxa olmusan, məni təhqir etmisən, mütləq səni həbs etdirəcəyəm. Etdirdi də.
       Hansı ki, Elşən müəllim yüksək balla qalib olmuş. 7 saylı orta məktəbə direktor təyinatını nazir vermişdi. Amma İmişli Təhsil rəisi ilə 7 saylı məktəb direktoru arasında 20 min ABŞ dolları rüşvət amili var idi. Ona görə də Elşən müəllim zərərsizləşməli idi ki, zərərsizləşdirilib həbs edildi. Müəllimə isə “oğru dünyası”  böyük ehtiramla yanaşıbmış. E.Şəmmədli həm də imzası tanınan şairdir. Demək istəyirəm ki: “Bu məhkəmə, bu oğru dünyası”. Sovet müəlliminə hörmət hara, müstəqillik müəllimlərinə hörmətin səviyyəsi göstərir ki, DTX çoxlarını hələ də çox sakitcə qandallamağa davam etməlidir.
     Mənə sual verirlər ki: “Uşaqlıq illərinin qisasını alır”-yazanda nəyi nəzərdə tutursunuz?
      İtalyan filmi Mikel Plaçidonun, şöhrət qazanmış “Sprut” filminin qəhrəmanı komissar Katani narkomafiya başçısı Tanonun gəzə-gəzə evinə daxil olmağı bacarır. Sual verir ki, niyə pisliklərindən əl çəkmirsən? Tano ona caveb verir ki, məni anam böyüdüb uşaq vaxtı yoldaşlarım oyuncaq oynayanda, velosiped sürəndə kövrəlirdim, həsrətlə baxırdım. Zaman keçdi, mən narkotika yolu ilə varlaşdım. Cah-cəlal, cangüdənlər, hər şeyim var. İndi uşaqlıq illərimin qisasını alıram. Sənin qızını da, arvadını da mənim adamlarım oğurlayıb, öldürüblər ki, yolumuzdan çəkiləsən, amma sən çəkilmirsən- deyir Tano”. Adamlarına işarə edir ki, bunu rədd edin. Komissar pilləkəndəcə onu hədələyir ki, “Səni təqib edəcəyəm, səni həbs edəcəyəm.” Motosikletçi killerlər dəstəsi onu güllə yağışına tuturlar. Komissar əzəmətli şəkildə qaya üstündə oturaraq hayqırır, sifətində təbəssümlə ölür.
       İmişli mafiozlaşmış təbəqə mənə belə bir faciə yaşatdılar. Dünya yaraşıqlısı həyat yoldaşımı, magistr oğlumu 20 mart 2017-ci il müəmmalı şəkildə qətlə yetirdilər. Sırf təsadüf nəticəsində sağ qaldım. Abşeron prokurorluğunun müstəntiqi mənə sifariş göndərmişdi ki, ”Bu işin arxasına düşərsə, ya həbs olunacaq, ya da öldürüləcək. 3 ay sonra 6 iyul 2017-c il həbs edildim. Qisas hissi o qədər güclü idi ki, həmin gün həbsdən 5 saat sonra “Stolipin” adlı dustaq vaqonuna mindirildim. Heç 4-5 nəfəri oldürən qatillə belə davranmırlar. Komissar Katani taleyi deyilmi?
       Cənab Prezident!
       Siz fürsət tapıb “beşinci kalonu” zərərsizləşdirdiniz. Amma mafioz Tanodan dəhşətli olanların var-dövlətləri mütləq əllərindən alınmalıdır. MTN-dən sonra dövlətə, xalqa sədaqətlilərdən DTX formalaşdırdınız. Tanoları “OSMİNOQA” çevrilməmiş, “Ağ Atlı Oğlanlar” cücəyə döndərdi. Keçmiş siyasi məhbus kimi gördüklərimdən bilirəm. Belələri GÜC görəndə yazıqlaşır. Amma belələrinə rəhm edilməməlidir.
Sovet dövründə Təhsilimizə də, Səhiyyəmizə də kifayət qədər erməni soxulmuşdu.Onlar ölkəmizdən Moskvaya məxfi məlumatlar ötürürdülər. Erməni xisləti, erməni riyakarlığı qədər yer üzündə heç vəhşi heyvanlar arasında da yoxdur. Şair Hüseyn Arif demişkən,
        Biz çörək vermədik çörək istəyək,
         Biz çörək verdik ki, çörəkli olaq.

      Çörəyimizi, sərvətimizi dağıdıb bizləri, bu xalqı çörəksiz qoydular. Əgər 1990-cı illər ulu öndər Heydər Əliyev ölkəyə dönə bilərdisə, erməni belə qələt qarışdıra bilməzdi. Erməni nə qədər rəzil idi ki, çörəyimizi yeyib o vaxt SSRİ  Nazirlər Kabinetinin birinci müavininə qədər yüksəlmiş Heydər Əliyevdən kiloqramlarla əleyhinə teleqramlar göndərirdilər. Əlbəttə, türk düşməni, lənətlənmiş Mixail Qorbaçov ermənilərə havadarlıq edirdi.
      İmişli Qaz-təchizat idarəsinə Azəriqaz  təzə rəis göndərib. Bu adamın işi-gücü vətəndaşların sayğaclarını sökdürüb Salyan rayonuna göndərir, müdaxilə adı ilə cərimə etdirib pul-para qazanır. Cərimə edilənlər bildirirlər ki, təzə rəis smart kartla işləyən qaz sayğaclarını sökdürüb dədə-baba sayğaclarından qoyduracaq. Təzə rəisdən şikayət edənlər, əsasən, Heydər Əliyev  prospektində yaşayanlardır. Nizami küçəsindən isə, məşhur işıqçı Hüseynov Dərdail Şahqasım oğlu Qaz İdarə rəisindən məhkəməyə şikayət edib, digər vətəndaşlar Adil Qəmbərov, Cəfər Rəhimov, Nizami Hüseynov və başqaları ölkə rəsmilərinə şikayət etməyə hazırlaşırlar.
     Mən və Elşən Şəmmədli isə hələlik İslahatçı nazirlər cənab Mikayıl Cabbarov, cənab Əli Nağıyevin sayəsində duruş gətirə bilmişik. Hər iki nazirə təşəkkür edirik ki, digərləri də onlardan nümunə götürsünlər. 25 ildən sonra ilk dəfə, məni DOST İş Mərkəzinə işə götürməyə söz verdilər. İnanımmı? Cənab Prezident göstərdiyim faktların araşdırılmasına sərəncam, tapşırıq verməyinizi Sizdən xahiş edirəm.
   
     Sizə hörmət və ehtiramla,

   
   ADP İmişli RT-nın sədri,jurnalist                                M.Ə.Zülfüqarlı
                                                                            
                                                                                         03.08.2020-ci il

Gələn sayımızda Maşın Qeydiyyat İdarəsinin rəisi Qulu Qüdrət oğlu Quliyev, RPŞ rəisinin yaxınından eləcə də İş adamı Tofiq İsayevdən geniş yazı verəcəyik.

Загрузка...
Загрузка...