​Müğənni 61 yaşlı məşhur aparıcıdan hamilə qaldı, 5 min dollar alıb BUNU ETDİ

Mehmet Əli Erbil 27 yaşlı müğənni sevgilisi Nevinin abort etdirməsi üçün ona 5000 dollar verib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 6 həftəlik hamilə olan Nevin 61 yaşlı məşhur aparıcının tələbi ilə abort etdiryini etiraf edib:
“Bazar ertəsi abort etdirdim, qardaşı Mustafa da mənimlə gəldi, əlimə 5 min dollar pul qoydu. Maddi baxımdan çətin vəziyyətdə olduğum üçün qəbul etməli oldum. Övladıma Zəfər adını qoyacaqdım. Mustafa Mehmet Əliyə zəng edib “Zəfər artıq yoxdur” deyə qəhqəhə atdı".
Nevin uşağın adını Zəfər qoymaq istəməsini hamilə olduğunu avqustun 30-da Zəfər bayramında öyrənməsi ilə izah edib. Aparıcının sevgilisi bildirib ki, M.Ə.Erbil ona abort edərsə, münasibətlərinin davam edəcəyini bildirib. Lakin indi müğənninin zənglərinə belə cavab vermir.
M.Ə.Erbil Star TV-dəki “Duymayan Kalmasın”a bu açıqlamanı verib:
“Övlad iki insanın sevgisindən yaranır. Bizim aramızda belə hiss yox idi. İki-üç dəfə görüşdüyüm insandan necə övlad sahibi ola bilərəm? Məndən 260 min TL-lik işlənmiş avtomobil istədi”.
Aytən

Загрузка...
Загрузка...