“MUĞANBANK”ın FAİZ GƏLİRLƏRİ AZALIB – Vəliyevlərin bankı ötən il mənfəət vergisini də ödəməyib

Baxış sayı: 
70
2  
0  

Sfera.az "AzPolitika.info”-ya istinala xəbər verir ki, "Muğanbank” ASC-nin 2018-ci ilin yekunlarına dair maliyyə hesabatı dərc edilib. Hesabatdan aydın olur ki, "Muğanbank” ötən ili mənfəətlə başa vursa da, bankın faiz gəlirlərində 2017-ci illə müqayisədə 5 faizə yaxın azalma qeydə alınıb.
Belə ki, 2017-ci ildə 42 milyon 794 min manat faiz gəliri qazanan bank, 2018-ci ildə 40 milyon 887 min manat qazana bilib. Ümumilikdə 2 milyon manata yaxın faiz gəliri itirən "Muğanbank” həm də ehtimal olunan depozit və kredit itkiləri üzrə ehtiyyatların yaradılması üçün də 6 milyon 54 min manat ayırmalı olub.
 
Xatırladaq ki, son illər mətbuatda "Muğanbank”ın çətin maliyyə vəziyyətinə düşdüyü, banka Mərkəzi Bank tərəfindən xəbərdarlıq edildiyi, bağlanma ehtimalının yarandığı və s. barədə məlumatlar yer alıb. Bu da təsadüfi sayılmır, çünki bankın maliyyə göstəriciləri son illərdə onun vəziyyətinin qənaətbəxş olmadığından xəbər verirdi.
 
Bunun sübutu kimi "Muğanbank”ın 2017-ci ildən 6.5 milyon manata yaxın ziyanla çıxmasını göstərmək olar. Doğrudur, bank 2018-ci ili 1 milyon 430 min manat mənfəətlə başa vurub, ancaq göründüyü kimi, bu məbləğ ötən illərdəki ziyanı qapatmaq imkanında deyil.

 
Bununla yanaşı, maliyyə hesabatından belə görünür ki, "Muğanbank” ötən il mənfəət vergisini də ödəməyib.
 
 
Bank 26 milyon 772 min manat əməliyyat mənfəəti əldə etmək üçün ümumilikdə 25 milyon 342 min manat işçi heyətinə, əməliyyat xərclərinə və s. xərclərə vəsait ayırmalı olub. "Muğanbank”ın məcmu kapitalı isə 82 milyon 550 min manata çatıb ki, bu da Mərkəzi Bankın tələb etdiyi normadan yüksəkdir.
 
Xatırladaq ki, "Muğanbank” bank dairələrində daha çox "Odlar Yurdu” universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyevin bankı kimi tanınır. Mətbuatda sözügedən bankın adı hətta "MTN işində” belə hallandırılıb və riskli banklardan biri kimi də təqdim olunub.
 
Məlumat üçün onu da bildirək ki, bankın səhmdarlarının nizamnamə kapitalındakı pay bölgüsü aşağıdakı kimidir: Mehdiyev Elmir Maqbet oğlu – 63,50 faiz (Ə.Vəliyevin kürəkəni, həmçinin bankın Müşahidə Şurasının sədri), Vəliyeva Vəfa Əhməd qızı – 12,05 faiz (Ə.Vəliyevin qızı), Mehdiyev Maqbet Rəhim oğlu – 13,10 faiz(Ə.Vəliyevin qudası, Tibb Universitetinin dosenti) Mehdiyeva Fəridə Cahandar qızı – 11.35 faiz (Ə.Vəliyevin qudası)…
 

Загрузка...
Загрузка...