​“Müddət uzadılmasa, bank sistemi çökəcək” - DEPUTATDAN XƏBƏRDARLIQ

Baxış sayı: 
129
1  
0  

Milli Məclisin iclasında deputat Vahid Əhmədov “Əmanətlərin tam sığortalanması haqqında” qanunun vaxtının uzadılmasını təklif edib.
 
Hurriyyet.org modern.az-a istinadən xəbərinə görə, deputat vurğulayıb ki, bu qanun 2016-cı ildən tətbiq edilməyə başlanılıb:
 
“Əmanətlərin tam sığortalanmasının müddəti cari ilin mart ayında başa çatır. Bu müddətin uzadılması üçün yeni qanun qəbul edilməli, ya müvafiq qanuna dəyişikliklər edilməlidir.
 
Əgər bu müddət uzadılmasa, Azərbaycanın bank sistemi çökəcək. Bankları da, əmanətçiləri də bu vəziyyətdən çıxarmaq lazımdır. Yoxsa bu, banklara növbəti böyük zərbə olar”.

Загрузка...
Загрузка...