​MSK yekun seçici fəallığını açıqladı

Baxış sayı: 
69
1  
0  

Azərbaycanda keçirilən parlament seçkilərində yekun - saat 19:00-dək olan seçici fəallığı açıqlanıb.
 
Publika.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib.
 
O, qeyd edib ki, 125 seçki dairəsi üzrə 5573 seçki məntəqəsində seçici fəallığı həmin saatadək 47,1 % olub.
 
F.Orucov səsvermə hüququna malik 5 milyon 329 min 461 nəfər seçicidən bu saatadək 2547982 nəfərinin səs verdiyini deyib.
 
***
 
Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərdə ölkə üzrə saat 17:00-dək olan seçici fəallığına dair məlumatı açıqlayıb.
 
Publika.az xəbər verir ki, MSK Katibliyinin “Seçkilər” İnformasiya Mərkəzinin rəhbəri Fərid Orucov hesabat saatınadək respublika üzrə seçicilərin 2 milyon 389 min 754 nəfərinin səs verdiyini bildirib. Seçici fəallığı 44,84 faiz təşkil edib.
 
Qeyd edək ki, Milli Məclisə seçkilərin səsvermə mərhələsi bu gün saat 08:00-da başlayıb. Səsvermə saat 19:00-da başa çatacaq. MSK Katibliyinin “Seçkilər” İnformasiya Mərkəzi tərəfindən səsvermədə seçici fəallığına dair sonuncu məlumat saat 19:00-da açıqlanacaq. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
 
***
 
Azərbaycanda keçirilən parlament seçkilərində saat 15:00-a olan seçici fəallığı açıqlanıb.
 
125 seçki dairəsi üzrə 5 573 seçki məntəqəsində seçici fəallığı 39,23% olub.
 
Səsvermə hüququna malik 5 milyon 329 min 461 nəfər seçicidən 2 090 589 nəfəri səs verib.
 
***
 
Azərbaycanda keçirilən parlament seçkilərində saat 12:00-dək olan seçici fəallığı açıqlanıb.
 
Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, 125 seçki dairəsi üzrə 5 573 seçki məntəqəsində seçici fəallığı bu saatadək 27,35 faiz olub.
 
O, səsvermə hüququna malik 5 milyon 329 min 461 nəfər seçicidən bu saatadək 1 457 776 nəfərinin səs verdiyini deyib.
 
***
 
Azərbaycanda keçirilən parlament seçkilərində saat 10:00-a olan seçici fəallığı açıqlanıb.
 
Publika.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, 125 seçki dairəsi üzrə 5 573 seçki məntəqəsində seçici fəallığı bu saatadək 12.57% faiz olub.
 
O, səsvermə hüququna malik 5 milyon 329 min 461 nəfər seçicidən saat 10:00-dək 670 086 nəfərin səs verdiyini deyib.
 
Səxavət

Загрузка...
Загрузка...