MSK İLKİN NƏTİCƏLƏRİ AÇIQLADI – İkincilik kimə və niyə verildi? – YENİLƏNİB

Baxış sayı: 
143
0  
0  

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermənin nəticələri açıqlanıb.
 
Hurriyyet.org-un məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında bülletenlərin 92 faizinin sayılmasından sonra ortaya çıxan nəticələri elan edib. MSK sədri bildirib ki, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,00 % səslə (3192522səs) qalib olub.
 
Digər namizədlərin aldığı səslər aşağıdakı kimidir:
 
Seçkilərdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3,04% (112 915 səs);
 
Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3,11% (115 462 səs);
 
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,02% (112 078 səs);
 
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,39% (51 738 səs);
 
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,51% (56 153 səs);
 
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,18% (43 546 səs); –
 
“Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0,75% (27 706 səs).
 
Xatırladaq ki, seçkilərdə ölkə üzrə olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 353 nəfəri (ümumi seçicilərin 74,51 faizi) səsvermədə iştirak edib.
 
“AzPolitika”nın məlumatına görə, bülletenlərin əksəriyyəti sayılandan sonra 3 namizədə – Qüdrət Həsənquliyev, Sərdar Cəlaloğlu və Zahid Oruca təxminən eyni sayda səs verildiyi diqqəti çəkir. Maraqlıdır ki, seçki kampaniyası dövründə bir dəfə də olsun xalqdan səs istəməyən, hətta ən başdan İlham Əliyevi dəstəklədiyini açıqlayan Zahid Oruca, təxminən 3 min artıq səs yazılaraq, ikincilik ona verilib. Fikrimizcə, bu anormallıq müəyyən suallar doğuracaq.
Çox böyük ehtimalla, ikinciliyin Zahid Oruca verilməsi Rusiyaya jestdir. Z.Oruc bütün kampaniya ərzində açıq şəkildə Rusiyayönlü siyasətin tərəfdarı kimi çıxış edirdi.     
 
***
 
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb
 
İlkin nəticələrə əsasən, Ən çox səsi hazırkı prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev toplayıb. Ən zəif nəticə isə 1 faiz də səs toplamayan Yeni Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri
 
Hurriyyet.org MSK sədrinə istinadən səs faizlərini təqdim edir:
 
İlham Əliyev – 86,09 faiz
 
Qüdrət Həsənquliyev – 3,4 faiz
 
Sərdar Cəlaloğlu – 2,97 faiz
 
Zahid Oruc – 3, 07 faiz
 
Hafiz Hacıyev – 1,51 faiz
 
Araz Əlizadə – 1,4 faiz
 
Fərəc Quliyev – 1,18 faiz
 
Razi Nurullayev 0, 74 faiz

Загрузка...
Загрузка...