​MSK bu dairədə nəticələri ləğv edəcək – ELŞƏN MUSAYEV ÜÇÜN GERİSAYIM BAŞLADI

Baxış sayı: 
106
3  
0  

 
Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxacaq. MSK-dan əldə edilən məlumatda saat 15-00-da 110 saylı Zaqatala seçki dairəsi ilə bağlı məsələyə baxılacağı bildirilir.
 
 
Nəticələri ləğv olunması real görünən dairələrdən biri də 110 saylı Zaqatala seçki dairəsidir. Məlumat üçün bildirək ki, həmin dairədən Elşən Musayevin qələbəsi elan edilsə də nəticələrin ciddi şəkildə saxtalaşdırılmasına dair faktlar var. Ötən gün isə 110 saylı Zaqatala seçki dairəsindəki saxtakarlıq faktları əsasında lentə alınmış görüntülər film halına salınaraq ölkə rəhbərliyinə göndərilmişdir. Saxtakarlıqları təkzibolunmaz faktlarla təsdiqləyən həmin görüntülərin ictimailəşməsindən sonra isə 110 saylı Zaqatala seçki dairəsində nəticələrin ləğv olunaraq, təkrar seçkilərin təyin olunması qaçılmazdır.
 
 
Bu dairə üzrə qələbənin yazıldığı Elşən Musayev seçicilər tərəfindən qovulması və seçicilərin suallarını cavablandıra bilməyərək görüş yerini tərk etməsi qalmaqalları ilə yadda qalmışdır.
 
 
Dairənin favorit namizədi isə əslən Zaqataladan olan və Azərbaycanın tanınmış gənc mühəndislərindən olan Fariz Həsənlidir.
 
 
 
Sonda qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib. Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır: – 80 saylı İmişli-Beyləqan seçki dairəsi – lider namizəd Çingiz Qənizadə – 74 saylı Lənkəran kənd seçki dairəsi – lider namizəd Hadı Rəcəbli – 35 saylı Xətai üçüncü seçki dairəsi – lider namizəd Rauf Arifoğlu – 33 saylı Xətai birinci seçki dairəsi – lider namizəd Hüseynbala Mirələmov.
 
 
Ümumən isə ən az 10 dairədə nəticələrin ləğv ediləcəyi gözlənilir.

Загрузка...
Загрузка...