​Məşhurlar koronavirus səbəbilə marketlərə axın etdi - Foto

Baxış sayı: 
109
2  
0  

Koronavirusdan qorunmaq məqsədi ilə "evdə qal" çağırışlarına əməl edən türkiyəli məşhurlar ötən gün marketlərə axın ediblər.
 
Teleqraf.com xəbər verir ki, məşhurlar evdə qalmağı nəzərə alsalar da, vacib səbəblərlə, xüsusilə də ərzaq alış-verişi üçün evdən çıxırlar.
 
Maska və rezin əlcəklərlə alış-veriş edən Ayçin İnci deyib ki, hazırda dezinfeksiyaedici məhlul və odekolon tapmaq mümkün deyil: "Hamısı bir həftə əvvəl bitib. Acgözlük pis şeydir. Yanımdakı adam 10 ədəd makaron və bir paket un aldı, bu nəyə lazımdır?"
 
Alış-veriş zamanı kameralara yaxalanan müğənni Ayta Sözeri jurnalistlərə dezinfeksiyaedici məhlul təklif edib: "Aylıq ehtiyacları almaq üçün alış-verişə çıxdım. Başqa vaxt da marketə gedəndə aylıq bazarlıq edirəm. Xarab olmayan məhsulları alıram. Təşviş yaratmaq düzgün deyil. Axı, hər kəs evindən çıxıb ehtiyaclarını qarşılaya bilər".
 
Aktrisa Asuman Dabak jurnalistləri görəndə təəccübünü gizlədə bilməyib: "Bir neçə şey almaq üçün çıxdım. İçəridə tünlük var".
 
Aktyor Fərdi Atuner insanların qədərindən artıq mal almasından şikayətlənib: " Alış-veriş mədəniyyəti olmalıdır. Yeyilmədən atılan hər bir şey qıtlığa səbəb olur".

Загрузка...
Загрузка...