Məşhur yazıçının 18 yaşlı qızla EŞQ MACƏRASI: arvadını dəlixanaya salmağa çalışır və... - FOTO

Baxış sayı: 
53
1  
0  

Boşanma ağır və çətin mərhələdir. Odur ki, bir çox məşhurlar bu prosesin gizli qalmasına, səssiz-səmirsiz həll edilməsinə üstünlük verir. Dünya şöhrətli yazıçı Çarlz Dikkens isə qınaqlardan qaçmaq üçün arvadını psixiatrik xəstəxanasına göndərməyə qərar vermişdi.
 
Publika.az xəbər verir ki, onun həyat yoldaşının rəfiqəsinin yazdığı məktubda bu fakt öz təsdiqini tapıb. Dikkens nikahından o qədər narazı idi ki, həkimə arvadına dəli diaqnozu qoymağı xahiş etmişdi.
 
Məsələ ondadır ki, arvadını dəlixanaya atmaq istəyən yazıçı 18 yaşlı aktrisaya dəlicəsinə aşiq olmuşdu. 41 yaşlı xanımı Ketrin ona daha lazım deyildi. Amma Ketrin sağlam düşüncəli qadın idi, odur ki, tibbi işçisi yazıçının cinayət əməlinə ortaq olmaqdan imtina etmişdi. “Çarlz Dikkens: həyat” adlı kitabın müəllifi Kler Tomalinin sözlərinə görə, əslində şəxsi həyatındakı qarışıqlıq nəticəsində Dikkens özü ağlını itirmişdi.
 
Yazıçı və dramaturq Edvard Datton Kuk Çarlz Dikkensin həyat yoldaşı Ketrinlə qonşuluqda yaşayırdı. Ketrin baş verənləri ona və xanımı Lindaya danışmışdı. Qonşu məşhur yazıçının həyatından bəhs etdiyi məktubda bunları yazmışdı:
 
"Dikkens nəhayət aşkar etdi ki, arvadı daha onun xoşuna gəlmir. Ketrin on uşaq doğdu və daha baxımsız görünməyə başlayıb. Dikkens hətta onu dəlixanaya salmağa çalışırdı".
 
Tarixçilər və ədəbiyyatşünaslar bilirdilər ki, məşhur müəllif arvadının ağılsızlığı haqqında müxtəlif şayiələr yayır. Amma heç kəsin ağlına gəlməzdi ki, o, bunu etməyə qadir olar. Hər halda 45 yaşında Çarlz həyat yoldaşından boşanmağa və 18 yaşlı aktrisa Ellen Ternanla yenidən eşq yaşamağa nail olur.
 
Beləliklə yazıçı keçmiş həyat yoldaşına ildə 600 funt sterlinq ödəmək şərti ilə Ketrindən 1858-ci ilin iyununda ayrılır və ömrünün sonuna qədər aktrisa ilə birlikdə yaşayır.
 
Aytən Məftun

Загрузка...
Загрузка...