Məşhur ticarət MƏRKƏZİNDƏ GÜCLÜ YANĞIN: 2 nəfər xəsarət aldı - FOTO/VİDEO (YENİLƏNDİ)

Baxış sayı: 
186
0  
0  

Abşeron rayonu, Xırdalan şəhərində ticarət mərkəzinin ərazisində yerləşən mağazanın alkopandan ibarət üzlüyü 340 m² sahədə və qapısı yanıb.
Publika.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, yanğın zamanı 2 nəfər yüngül yanıq xəsarəti alıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
***
Abşeron rayonunda ticarət mərkəzində yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən Publika.az-a bildirilib ki, yanğın rayon ərazisindəki "Riyad" Ticarət Mərkəzindəki mebel dükanının anbarında başlanıb.
Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.
Hələlik yanğının qarşısını almaq mümkün olmayıb.
 

Загрузка...
Загрузка...