Məşhur narkobaron Eskobarın qardaşı milyarderdən 100 milyon dollar tələb edir

Baxış sayı: 
37
1  
0  

Məşhur kolumbiyalı narkobaron Pablo Eskobarın qardaşı Roberto İlon Maskı məhkəməyə verməyə hazırlaşır. O, milyarderdən 100 milyon dollar tələb edir.
 
 
Bizimyol.info xəbər verir ki, Roberto Eskobar məşhur soyadla adlandırılan alov silahlarının istehsalı ilə məşğul olmaq fikrindədir. Onun iddiasına görə, Mask konstruksiyanın üzünü köçürüb. Yəni milyarder plagiatdan istifadədə ittiham olunur.
 
Maskın rəhbərlik etdiyi “The Boring Company” bir müddətdir belə silahların istehsalı ilə məşğuldur. Roberto bildirir ki, ən yaxşısı məhkəməyə qədər onun “Escobar Inc.” şirkətinin iddiasını təmin etməkdir. Şirkətin əməliyyat direktoru Deniel Reytberq əks halda Maskın daha böyük zərər görəcəyini söyləyir.

Загрузка...
Загрузка...