Məşhur müğənninin oğlu zəhərləndi - FOTO

Baxış sayı: 
19
1  
0  

Müğənni Elnarə Xəlilovanın böyük oğlu Tüğər Cahangir bir neçə gün əvvəl zəhərlənib.
 
Publika.az xəbər verir ki, bu barədə sənətçinin özü instaqramda məlumat verib. O, "Coca-Cola"nın qazlı içki olmazdan əvvəl dərman məqsədi ilə istifadə edilməsinə dair şəkil paylaşaraq bildirib ki, dərman olmadığı üçün oğluna ilk tibbi yardım kimi kola ilə kömək edib:
 
“Həqiqətən belədir. Tərkibindəki soda zəhərlənmə zamanı qusma və ishalı həmən dayandırır. Sırağagün Tuğər zəhərlənmişdi. Səhərin özünəcən qusma və ishal oldu. Dəniz qırağında olduğumuz üçün həmən dərmanla müdaxilə edə bilmədim. Səhər 9-da soda axtardım. Onu da tapa bilməyincə, yaxınlıqdakı restorandan "Coca-Cola" aldım. Və ilk badədən sonra qusma dayandı. Amma “dərman”ı da hər gün və normal adi hallarda da ehtiyac yaranmadığı təqdirdə içmək olmaz”.

Загрузка...
Загрузка...