Məşhur müğənni azərbaycanlı milyonçunun qızı ilə sevgilidir? (FOTOLAR)

Baxış sayı: 
64
2  
0  
Məşhur müğənni Svetlana Loboda "SuperSTAR" mahnısına çəkdirdiyi klipini bir müddət əvvəl təqdim edib. Ekran işində ifaçının bir qızla öpüşdüyü görüntüsü müzakirələrə səbəb olub.  
 

 Turaninfo.org axşam.az-a istinadən xəbər verir ki,  Lobodanın adı dəfələrlə həmcinsləri ilə sevgili olmaqda hallanıb. Son günlər isə o, bütün tədbirlərə prodüseri Natella Krapivina Əliyeva ilə qatılır. Bu isə onların eşq yaşadığı xəbərlərinin yayılmasına səbəb olub. 

 
Natella Ukraynada yaşayan və əslən azərbaycanlı olan tikinti maqnatı kimi tanınan milyonçu Vaqif Əliyevin qızıdır. V.Əliyev eyni zamanda "Мандарин Плаза", "Ocean Plaza", "Lavina Mall", "Blockbuster Mall", "Парус" biznes mərkəzinin və bir çox məkanların sahibidir. 
 
Lobodaya prodüserlik etməklə yanaşı Natella həm də "Орел и решка" verilişinin layihə rəhbəridir. Natella ilə Svetlananın eşq yaşaması bir müddətdir xəbərlərin manşetini bəzəyir. Hətta Natellanın ona görə cinsiyyətini dəyişməyə hazırlaşdığı da qeyd olunub. 
 
Ukrayna mediasına açıqlama verən Loboda "Natella ilə yaxın rəfiqəyik. Qızım dünyaya gələndə onun xaç anası olmasını istədim. Beləcə aramızdakı bağlar daha da möhkəmləndi" sözlərini deyib. 
 
"Svetlana uşaq dünyaya gətirəndə Los-Ancelesdə onun yanında idim. Möhtəşəm anlar idi. Yenə də uşaq doğulsun istəyirəm. İndi çoxları süni mayalanma yolu ilə ana olur. Əri olmayan qadın, niyə də bu yolla uşaq sahibi olmasın ki? Məsələn, mənim övladım sevgidən doğulub. İndi isə uşağımın atası ilə ayrılmışam. Sofiyaya görə münasibətimiz qalıb. Ərə getməyi düşünmürəm, çünki orada qeyri-adi heç nə yoxdur" deyə, Natella açıqlamasında söyləyib. 
Qeyd edək ki, Natella atasının şəriki olan Vladimir Krapivin oğlu Dmitri ilə ailəli olub.



 
Загрузка...
Загрузка...