Məşhur müğənni 10 ildən çoxdur mobil telefon işlətmir

Baxış sayı: 
42
2  
0  

Robi Uilyams 2006-cı ildən bəri mobil telefon işlətmir.
 
Publika.az xəbər verir ki, britaniyalı müğənni yalnız kompüter işlətdiyini bildirib:
 
"Telefondan canımı qurtardım, çünki onu sevmirdim. Daim Wi-Fi-dan yararlanıram".
 
Qeyd edək ki, Uilyams telefon işlətməmək məsələsində tək deyil. Belə ki, onun həmyerlisi Elton Con da 2016-cı ildə etiraf etmişdi ki, mobil qurğudan istifadə etmir. Müğənni mobil telefonların həddindən artıq yayılmasını mənfi hal hesab edir.
 
Tanınmış almaniyalı rejissor Verner Hersoq da 2016-cı ildə bildirmişdi ki, 24 saat mobil telefonla əlaqədə qalmağı sevmir.
 
"YouTube" videoservisinin rəhbəri Syuzen Voyjitski isə uşaqlarına mobil telefondan istifadəni qadağan edib.

Загрузка...
Загрузка...