Məşhur modelyerdən koronavirusla bağlı təklif

Baxış sayı: 
95
1  
0  

"Dünən avtomobillə şəhərdən keçəndə çox təəccübləndim. Kafelərdə və küçələrdə çoxsaylı insanların olduğunu müşahidə etdim. Hökümət tərəfindən iş yerlərinin bağlanması, işçilərin məzuniyyətə göndərilməsinin səbəbi vətəndaşların evlərində qalaraq epidemiyadan qorunmaları üçündür".

Turaninfo.org xəbər verir ki, bu sözləri modelyer-dizayner Gülnarə Xəlilova sosial şəbəkə hesabında qeyd deyib.

Əhalinin laqeydliyindən söz açan modelyer koronavirusla mübarizə tədbirlərində ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasını təklif edib: "Hesab edirəm ki, bu, koronavirusla mübarizə çərçivəsində aparılan ən mühüm addımlardan biridir. Həmçinin, kafe, restoran və ticarət mərkəzlərinin də fəaliyyətinin dayandırılması çox vacibdir. Təklif edirəm ki, fəaliyyətin dayandırılması mümkün olmayan müəssisələrə işçilərin aparılıb-gətirilməsi üçün xüsusi avtobuslar ayrılsın. Ümidvaram ki, hökümətin və xalqımızın birgə səyi nəticəsində qısa müddətdə koronavirusa qalib gələ bilərik".

Загрузка...
Загрузка...