Məşhur general öldürüldü - İRAN ŞOKDA

Baxış sayı: 
130
1  
0  

Yanvarın 2-də ABŞ hərbi hava qüvvələrinin Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymani ölüb.
 
Publika.az xəbər verir ki, bu barədə "Al Arabiya", "Al Jazeera" və "Sky News" telekanalları məlumat yayıb.
 
Qeyd edək ki, daha əvvəl də Qasım Süleymaninin ölümü ilə bağlı xəbərlər yayılmışdı. Lakin bu dəfə bir neçə beynəlxalq xəbər agentliyi xəbəri qısa müddətdə tirajlayıb. İran İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsindən də Qasım Süleymaninin ölümünü təsdiq ediblər.
 
Bildirilir ki, hava hücumu nəticəsində ümumilikdə 8 nəfər ölüb.

Загрузка...
Загрузка...