Məşhur futbolçunu təhqir edən oyunçuya 6 oyunluq cəza verilib

Baxış sayı: 
121
2  
0  
Çin Futbol Federasiyası "Çançun Yatay" klubunun futbolçusu Zanq Lini 6 oyunluq diskvalifikasiya edib. 
 

"Report" Çin Futbol Federasiyasına istinadən xəbər verir ki, buna səbəb 29 yaşlı yarımmüdafiəçinin
"Şanxay Şenxua" klubunun hücumçusu Demba Baya qarşı irqçi ifadələr işlətməsidir. Futbolçu həmçinin 6 min dollar məbləğində cərimə olunub. 

Qeyd edək ki, avqustun 4-ü baş tutan "Çançun Yatay" - "Şanxay Şenxua" matçı 1:1 hesabı ilə başa çatıb. 
Demba Ba karyerası ərzində İngiltərənin "Çelsi" və Türkiyənin "Beşiktaş" komandalarında çıxış edib. 

 
Загрузка...
Загрузка...