​Məşhur cütlük tətilə ayrı-ayrı yollandı

Baxış sayı: 
47
1  
0  

Aktrisa Beren Saatla həyat yoldaşı Kənan Doğulu bu yay birlikdə istirahət etməyəcək.
 
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Beren Saatın baş rolda oynadığı “Netflix” serialı “Atiye”nin birinci mövsüm çəkilişləri bitib. Çəkiliş heyəti növbəti çəkilişlərə fasilə verərək tətilə yollanıb. Beren Saat da serial yoldaşları ilə qısa tətilə çıxıb.
 
Məlum olub ki, aktrisanın müğənni həyat yoldaşı Kənan Doğulu qardaşı Ozan və bacısı Canan Doğulu ilə gəmi turuna çıxacaq.
 
4 aydır boşanacağı deyilən məşhur cütlüyün bu qərarı yenidən müzakirəyə çıxıb. İddia olunur ki, Berenlə Kənan arasındakı qara buludlar hələ çəkilməyib.

Загрузка...
Загрузка...