​Məşhur aparıcı Manafla Mətanəti tənqid etdi: “Qadının başını kəsmək, öldürmək…”

Baxış sayı: 
121
2  
0  

“Avtostop” proqramının aparıcısı Tural Yusif ATV-də yayımlanan “Ən yaxşısı” verilişində müğənni Manaf Ağayev ilə aparıcı Mətanət Əliverdiyevanın qadına şiddəti təbliğ edən söhbətinə münasibət bildirib.
 
Minval.info xəbər verir ki, aparıcı Mətanət ilə Manafı sosial şəbəkədə tənqid edib:
 
“Başını kəsmək, öldürmək nədir?” – Nə redaktor (əgər varsa), nə prodüser (yox kimi bir şeydir), daha sonra montajçı, kanal rəhbərliyi belə buna reaksiya verməyib. Qadına şiddətin şiddəti yüksək olan ölkədə TV-də açıq təbliğat gedir və susublar. Üstəgəl, kanal bunu öz “Youtube”na yerləşdirib. MTRŞ (Milli Televiziya və Radio Şurası – red.) hələ də reaksiya verməyib.
 
Bir müddət sonra məzlumun birini öldürəcəklər, eyni telekanalda bu cinayətdən danışılacaq, göz yaşı töküləcək və artistlik ediləcək. Dəlisiniz? Bir insan olaraq fayda vermək əvəzinə, bu nə işdir məşğulsunuz? Nədir bu söhbətin mənası? Verilişin dramaturgiyasının tələbidir? Siz kimə nə örnək olursuz? Faydanız nədir? Nə öyrətdiniz? Efirin məsuliyyətini anlayırsız? “#qadınaşiddətəyox” yazmayın, şiddəti təbliğ etməyin, qınayın, bəs edər”.
 
 
 
Qeyd edək ki, M.Əliverdiyeva proqramına qonaq olan müğənni Manaf Ağayevə “Qadın səni hansı həddə çatdırmalıdır ki, ona əl qaldırasan” sualını ünvanlayıb.
 
Manaf isə “Belə göründüyümə baxma, o vəziyyətə dözən deyiləm. Bir sözə görə baş kəsərəm. Ailəm məni qəşəng tanıyır ki, bu sözü desə, öldürərəm, asıb-kəsərəm. Bir dəfə təzə evlənəndə xanımıma əl qaldırmışam. Gəldim ki, uşaq ağlayır, onda bir dəfə vurmuşam. Üzr istəmədim. O mənə aid deyil” deyə, aparıcıya cavab verib.

Загрузка...
Загрузка...